Nazirlik abadlıq və təmir işlərinə 2,2 milyon manata yaxın vəsait xərcləyəcək - TENDER NƏTİCƏSİ

Nazirlik abadlıq və təmir işlərinə 2,2 milyon manata yaxın vəsait xərcləyəcək
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi üç tenderin nəticələrini elan edib.

SİAM.AZ FED.az-a istinadla xəbər verir ki, "Respublikanın bir sıra təhsil müəssisələrinin sanitar qovşaqlarının əsaslı təmiri işlərinin satınalınması" tenderinin qalibi "VK Group N1" MMC olub.

Qalib şirkətə 874 269 manat ödəniləcək.

"Respublikanın bir sıra təhsil müəssisələrinin cari təmiri işlərinin satınalınması" tenderinin qalibi "Universal-S" MMC olub.

Qalib şirkətə 649 591 manat ödəniləcək.

"Oğuz şəhər 2 nömrəli tam orta və Şəki rayonu, Kiş kənd 1 nömrəli tam orta məktəblərin ərazisində abadlıq işlərinin satınalınması" tenderinin qalibi "Elite Constraction" MMC olub.

Bu tender üzrə qalib şirkətə 645 144 manat ödəniləcək.

Tenderlərin ümumi məbləği 2 169 004 manatdır.
Tarix: 6-06-2023, 23:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}