“Kliniki Tibbi Mərkəz” MMC - MƏHKƏMƏYƏ VERİLİB

“Kliniki Tibbi Mərkəz” MMC
“Kliniki Tibbi Mərkəz” MMC məhkəməyə verilib.

Dia-az.info xəbər verir ki, buna səbəb İctimai Qayda, İctimai Təhlükəsizlik və İctimai Mənəviyyat Əleyhinə Olan İnzibati Xətalardır.
Belə ki, “Kliniki Tibbi Mərkəz” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) protokol tərtib olunub.

Xatırladaq ki, həmin maddəyə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Yasamal Məhkəməsində hakim Murad Məmmədlinin icraatındadır.
Tarix: 13-03-2024, 09:11
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}