“MİDA” Yevlaxda 6 binanın tikintisinə - 22 MİLYON MANAT XƏRCLƏYƏCƏK

“MİDA” Yevlaxda 6 binanın tikintisinə
“MİDA” MMC Yevlax şəhəində mənzil tikintisi ilə bağlı iki tenderə yekun vurub.

Dia-az.info xəbər verir ki, mənzillərin tikintisi "Rabitə İnşaat" ASC-yə (VÖEN:1500090621) həvalə edilib.
Şirkət 10 milyon 762 min 603 manata Yevlax şəhəri, Rəşad Budaqov küçəsi 1 ünvanında yerləşən 1,9 ha torpaq sahəsində 4, 5 və 6 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisini, 11 milyon 113 min 266 manta həmin ünvanda 1, 2 və 3 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisini həyata keçirəcək.

Tikinti işlərinə ümumilikdə 21 milyon 875 min 869 manat xərclənəcək.
Tarix: 24-03-2024, 10:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}