Aqrolizinq” məhkəməyə verildi — Fermerlərə satılan texnikaların qiymətindən narazılıq yaranıb

Aqrolizinq” məhkəməyə verildi — Fermerlərə satılan texnikaların qiymətindən narazılıq yaranıbKənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi məhkəməyə verilib.
Demokrat.azxəbər verir ki, ASC-ni məhkəməyə verən şəxs Məmmədov Sübhan Yusif oğludur.
Sübhan Məmmədov məhkəmədə ASC barəsində “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Lizinq müqaviləsi üzrə mübahisələr” barəsində iddi qaldırıb.
İş Şirvan Kommersiya Məhkəməsinin hakimi Zaur Abbasovun icraatındadır.
Qeyd edək ki, “Aqrolizinq”  ASC Gəncə, Şirvan, Ucar təchizat bazaları “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Respublikaya gətirilən kombaynların, traktorların, ekskavatorların və digər kənd təsərrüfatı texnikalarının yerləşdirilməsini, komplektləşdirilməsini, satış qabağı hazırlığın aparılmasını və satışını həyata keçirir.
Saytımıza daxil olan məlumata görə, fermerlərə “Aqrolizinq” tərəfindən böyük satılan texnikalara böyük faizlər qoyulur.
Texnikanın satış qiyməti kifayət qədər baha olması fermerləri çıxılmaz vəziyyətdə qoyur.
Xatırladaq ki, “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin Sədri Rəhmanov Elmin Əlisa oğludur.
Tarix: 2-04-2024, 13:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}