Milyarder Fərhad Əhmədovun şirkəti cərimələndi


"AzNar" QSC-yə inzibati protokol yazılıb.
 
Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi şirkət barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.
 
İş Yevlax Rayon Məhkəməsinin hakimi Ruslan Əlizadənin sədrliyi ilə araşdırılacaq.
 
Qeyd: “AzNar” QSC-nin majoritar səhmdarı Azərbaycan əsilli iş adamı Fərhad Əhmədovdur. QSC-nin 99,95%-i Əhmədov Fərhad Teymur oğluna, 0,05%-i 25 minoritar səhmdara məxsusdur”.
Tarix: 2-04-2024, 13:46
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}