"Cahan tabak" barəsində inzibati protokol tərtib edildi


"Cahan tabak beynəlxalq" MMC-yə (Tütün məmulatlarının istehsalı və satışı) inzibati protokol yazılıb.
 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 198.3-cü (Bu Məcəllənin 198.2-ci (Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə) maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.
 
İş Naxçıvan Şəhər Məhkəməsinin hakimi Gülnar Səfərəliyevanın sədrliyi ilə araşdırılacaq.
 
Tarix: 4-04-2024, 18:27
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}