"Geely"nin Azərbaycandakı rəsmi distribütoruna cərimə yazıldı


"Rich motors" MMC-yə inzibati protokol yazılıb.
 
Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.
 
İş Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirlinin icraatındadır.
 
Qeyd: MMC "Geely" markalı avtomobillərin Azərbaycandakı rəsmi distribütorudur.
Tarix: 18-04-2024, 13:36
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}