“Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO
Böyük marketlərdə vitrinlərdəki qiymətlərlə kassadakı qiymətlərinin üst-üstə düşməməsi ilə bağlı məsələ dəfələrlə gündəmə gəlib.
Yeniavaz.com xəbər verir ki, “Araz” marketdən un alan müştəri vitrində başqa, kassada başqa qiymətlə rastlaşdığını bildirir.
Binəqədi rayon sakini deyir ki, vitrində endirimdən sonra qiyməti 1 manat 99 qəpik olan 2 kiloqramlıq unun kassada qiyməti 2 manat 99 qəpik olub.
Daha bir diqqət çəkən məqam isə odur ki, vitrindəki açıqlamada unun qiymətininin 42% endirimlə satıldığı yazılıb. Açıqlamadan belə görünür ki, unun qiyməti əvvəl 3 manat 48 qəpik olub və 25 aprel-8 may tarixləri aralığında qüvvədə olacaq endirim zamanı 1 manat 99 qəpiyə satılacaq. Lakin, qeyd etdiyimiz kimi, məhsulun kassadakı qiyməti 2 manat 99 qəpik olub.
Qeyd edək ki, bu ilin fevral ayında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Araz Supermarket” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protkol tərtib edib. Bildirilib ki, “Araz” marketdə qeyri-qida məhsulu üzərində göstərilən qiymətdən baha satılıb.
Məlumat üçün bildirək ki, “Araz” supermarketlər şəbəkəsi OBA və SPAR supermarketəri ilə birgə ölkənin tanınmış şirkətlərindən olan “Veysəloğlu” MMC-yə bağlıdır. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Araz Supermarket” MMC-dən sonra – bu ilin mart ayında OBA market barəsində də eyni səbəbdən protkol tərtib edib.
Xatırladaq ki, Bakı şəhəri Nizami rayonu, Keşlə ŞTQ, 2-ci eninə, ev 2 ünvanında qeydiyyatda olan “Veysəloğlu” MMC-nin nizamnamə kapitalı 8 milyon 826 min 172 manatdır. 2006-cı ilin may ayının 22-də dövlət qeydiyyatına alınan “Veysəloğlu” MMC-nin qanuni təmsilçisi Bəxtiyar Allahverdi Adil oğludur. Bəxtiyar Allahverdi eyni zamanda “Veysəloğlu” şirkətinin baş direktorudur.
2017-ci ilin aprel ayının 5-də dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 100 manat olan “Veysəloğlu Grup” MMC-nin qanuni təmsilçisi isə Talıbov Aydın Veysəl oğludur.
Məlumat üçün bildirək ki, mətbuatda “Veysəloğlu” şirkəti və ona məxsus olan “Araz”, OBA və SPAR supermarketərinin sahibinin də məhz Aydın Talıbov olduğu bildirilir. Ehtimal etmək olar ki, şirkətin adı da Aydın Talıbovun atasının adına görə bu cür adlandırılıb.
Qeyd edək ki, Aydın Talıbov 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Siyaqut kəndində anadan olub. Aydın Talıbov Naxçıvan MR-nin Ali Məclisinin sabiq sədri Vasif Talıbovun da məzun olduğu Siyaqut kənd orta məktəbini bitirərək ali təhsilini İqtisadyyat Universitetində davam etdirib. 1994-cü ildən biznes fəaliyyətinə başlayıb.
Tarix: 28-04-2024, 16:57
-
Bu gün, 18:00
Təmiz havaya həsrət qalan Xırdalan sakinləri DANIŞDILAR - VİDEO
-
Bu gün, 17:59
Yasamalda daha bir tikinti qanunsuzluğu- İDDİA (Video)
-
Bu gün, 17:58
Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…
-
Bu gün, 17:58
“Rauf Quliyev külli miqdarda pulumuzu ələ keçirib” - İTTİHAM VAR...
-
Bu gün, 17:58
Seçiciləri Nigar Arpadaraini tapa bilmir - DEPUTAT NİYƏ İNSANLARDAN GEN GƏZİR?
-
Bu gün, 17:48
Qlobal iqtisadi böhran fonunda dolların aqibəti necə olacaq? - VİDEO
-
Bu gün, 17:39
"İdeal İnşaat" MTK-nın fəhlələri qanunsuz işlətdiyi aşkarlanıb - 25 min manat CƏRİMƏ
-
Bu gün, 17:36
Anası ağlayan ABŞERON TƏHSİLİ... - Camaat dərdini deməyə də YER TAPMIR...
-
Bu gün, 17:35
Elşad Həsənov geyim satan şirkətlə Yasamalın yollarını təmir etmək istəyir – 387 minlik tenderin izi ilə
-
Bu gün, 17:33
AZƏRLOTEREYA maliyyə hesabatını təqdim etməyib – SƏBƏB NƏDİR?
-
Bu gün, 17:27
Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen
-
Bu gün, 15:25
Baş Prokurorluq Bakıda iaşə obyektində iki nəfərin ölümü, 2 nəfərin zəhərlənməsi barədə məlumat yayıb - TƏFƏRRÜAT
-
Bu gün, 13:10
“Qiyamət günü” planını Putinə göndərdi – “Tanrının silahları ilə vuracağıq”
-
Bu gün, 13:06
"Baboşu" bahalı "Gelandewagen"lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi - Həbs olunmasın istəyir
-
Bu gün, 13:02
"Şuşanı azad edənlərdən ermənilərin intiqamını sanksiyalarla almağa çalışırlar" - deputat
-
Bu gün, 12:43
`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...
-
Bu gün, 12:41
"Green stream" valyuta vəsaitini xaricdən geri qaytarmayıb - PROTOKOL
-
Bu gün, 12:11
Milli Məclisin iclası başladı: 18 məsələ müzakirə olunur
-
Bu gün, 12:06
Paşinyanı Bakıya dəvət etmək olar — Zahid Oruc
-
Bu gün, 11:53
"Lotereya vətəndaşı aldatmaq üçün düşünülən bir mexanizmdir" – Fazil Mustafa
-
Bu gün, 11:40
Növbədənkənar seçkilərin rəsmi anonsu... - və ya seçki ovqatına köklənmək olar
-
Bu gün, 11:37
Sıravi neftçinin MAAŞ PROBLEMİ... - MÜRACİƏT
-
Bu gün, 11:36
Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?
-
Bu gün, 11:34
"Sahil Babayev, qurban olum... mənə niyə ZÜLM VERİRSİNİZ?" - Qarabağ qazisi ÜSYAN ETDİ
-
Bu gün, 11:33
Tərtərdə iki məktəbli arasında dava ölümlə nəticləndi - TƏFƏRRÜAT
-
Bu gün, 11:16
Yağış yağdı... `TƏMİZ` Binəqədi VENESİYAYA DÖNDÜ... - Amma gərək yağış yağmamaydı...
-
Bu gün, 09:37
İsrail ordusunun tankları Rafaha daxil olub
-
Bu gün, 09:33
Keçirilən toplantılar dost-tanış məclisi olmamalıdır - HƏQİQƏTƏN DƏ...
-
Bu gün, 09:32
Paşinyana qarşı hücumlar: Kim harada dayanıb? - TƏHLİL
-
Bu gün, 09:31
Qısası, hakimiyyət mükəmməl və mürəkkəb oynayır...
{sape_links}{sape_article}