Əli Əsədov tənqid edildi: “Rusiya müharibə günlərində Ermənistana kömək edibsə, minnətdar olmalıyıq?”


“Baş nazir yalnız texniki vəzifə deyil, bu vəzifədə olan şəxsin siyasi proseslər barədə də təsəvvürü olmalı, çıxışlarında, bəyanatlarında, suallara cavablarında diqqətli olmalıdır. Azərbaycanın baş naziri Əli Əsədov isə Moskvada rusiyalı həmkarı Mixail Mişustinlə görüşü zamanı bunu deyib: “44 günlük Qarabağ müharibəsi zamanı Rusiyanın göstərdiyi köməyi yüksək qiymətləndiririk (?!)”. Biz demirik ki, Əli Əsədov səfər etdiyi ölkənin baş naziriylə görüşdə “biz təəssüf edirik ki, Rusiya müharibə günlərində Ermənistana satışı qadağan edilən “İsgəndər-M”raketləri göndərib ki, həmin raketlər Azərbaycan ərazisinə atılıb” kimi fikirlər işlətməliydi, halbuki buna tam ixtiyarımız çatır və bu məsələni prezident İlham Əliyev də dəfələrlə səsləndirib. Aydındır ki, Azərbaycan rəsmiləri Moskvaya səfər etdikdə əməkdaşlığın genişləndirilməsi, regional layihələr, o cümlədən Rusiyanın Qarabağ məsələsində vasitəçiliyindən danışmalıdırlar. Ancaq yalan danışmaq olmaz”.
 
Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.
 
“Rusiya müharibə günlərində Ermənistana kömək edibsə, buna görə bu ölkəyə minnətdar olmalıyıq? Bu o deməkdir ki, Azərbaycanın baş naziri Rusiyanın Ermənistana müharibə günlərindəki hərbi dəstəyini və “İsgəndər-M” raketlərini unudub, əksinə Moskvanın mövcud siyasətini tam qaneedici hesab edir. Azərbaycanın baş naziri belə deyirsə, Moskva “İsgəndər-M” raketi ilə bağlı bizə niyə hesabat verməlidir ki?” – E.Şahinoğlu qeyd edib.
Tarix: 20-05-2021, 23:42
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}