Ukrayna səfiri Almaniyanın siyasətindən narazılığını bildirdi


Eastnews.org-un verdiyi xəbərə görə, Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik Almaniyanın Kiyevə hərbi yardım göstərmək məsələsindəki mövqeyindən narazılığını bildirib.   Bu barədə "Welt am Sonntag" qəzeti yazıb.   Bundan əvvəl alman Yaşıllar Partiyasının həmsədri Robert Habekin Ukraynaya "müdafiə üçün" silah tədarükü fikrini dəstəklədiyi bildirilmişdi. Daha sonra Almaniyanın Nazirlər Kabineti Ukraynaya silah ixracına icazə vermədiklərini və bu siyasətə riayət etmək niyyətində olduqlarını açıqlamışdı.   Qəzetin yazdığına görə, Melniki Almaniyada Kiyevə hərbi yardım göstərilməsi ilə bağlı davam edən mübahisələr, o cümlədən tamamilə müdafiə xarakterli hərbi yardımın olmaması "qıcıqlandırır".
Mənbə: RİA  
Tarix: 8-06-2021, 11:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}