40-dan çox Krım tatarı saxlanılıb

Rusiyanın ilhaq etdiyi Krımın Simferopl şəhərində 40-dan çox Krım tatarı saxlanılıb.
Onların arasında “Grani.ru” internet nəşrinin və “Krım Həmrəyliyi” portalının müxbirləri Ayder Kadırov və Nuri Abduraşitov da var.
Məlumata görə, adamlar Federal Təhlükəsizlik Xidmətinin (FTX) binası qarşısına toplaşaraq bir müddət əvvəl saxlanan 5 nəfərin harada olduğunu öyrənmək istəyiblər. Beləki həmin şəxslər Perevalnoe kəndi yaxınlığından keçən qaz kəmərinə ziyan vurmada günahlandırılırlar.
Məlumata görə, polis FTX-nın binası qarşısına toplaşanlara karantin qaydalarına əməl olunması ilə bağlı xəbərdarlıq edib.
Bu xəbərdarlıqdan sonra etirazçıların bir -birindən yarım metr uzaqlaşasına baxmayaraq polis onları həbs etməyə başlayıb.
Avqustun 23 -də Rusiya mətbuatı Rusiya Daxili İşlər Nazirliyinin yerli idarəsinə istinadən naməlum şəxslər tərəfindən Perevalnoye kəndi yaxınlığındakı qaz kəmərinin zədələnməsi barədə məlumat yayıb. Əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi maddəsi ilə cinayət işi başlanıb.
Sentyabrın 3 -də və 4 -də qaz boru kəmərinə ziyan vurulması faktı ilə əlaqədar beş Krım Tatarının evində axtarış aparılıb. Daha sonra onlar saxlanılıblar. Onların arasında Məclis sədrinin müavini Nəriman Cəlal da var.
Azadlıq radiosu
Tarix: 6-09-2021, 17:08
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}