Deputatlar testdən və təftişdən keçirilməlidir — “Görək neçəsinin öz biznesi var?”


Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirilib. Qüdrət Həsənquliyev təklif edib ki, jurnalistlərə dair tələblər ciddiləşdirilsin: “Vəkillər test verir, sonra vəkillik hüququ qazanır. Eyni zamanda jurnalistlər də test yolu ilə vəsiqə ala bilsin. Ən azından test yolu ilə onların ilkin bilikləri yoxlanılsın”.

Deputat Elman Nəsirov Qüdrət Həsənquliyevin təklifini dəstəkləyib və jurnalistlərin attestasiyadan keçməsini təklif edib: “Bizdə olan jurnalistlərin sayını dəqiq bilən yoxdur. Xarici dildə bilən jurnalistlərin sayı bilinsə, yaxşı olar”. 
News24.az xəbər verir ki, siyasi analitik, jurnalist Aqşin Kərimov millət vəkillərinin təklifinə münasibət bildirib.

O, siyahı hazırlayaraq qeyd edib ki, deputatlar testdən və təftişdən keçirilməlidir: 

1. Görək neçəsi ümumiyyətlə parlament anlayışı, onun funksiyasından xəbərdardır, 

2. Görək neçəsi qanunla qanun layihəsinin fərqini bilir, 

3. Görək neçəsi parlamentə daxil olan layihələri heç olmasa vərəqləyir, 

4. Görək neçəsinin qanunla qadağan olunduğu halda biznesləri var, 

5. Görək kimlər maraqlar toqquşmasında tərəfə çevrilir, 

6. Görək neçəsi kimə, harada, niyə, nə qədər haqq ödəyir!

7. Görək neçəsi, öz fikrini ifadə edə bilmir, yazı yaza bilmir və çıxışlarını başqalarına yazdırır.
Tarix: 10-12-2021, 22:24
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}