"Qaradağın Sultan Süleyman"ı və onun qara xəzinədarları


 
 

Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi mexanizmi təkmilləşdiriləcək. Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin yanvarın 26-da keçirilən iclasında müzakirəyə çıxarılan”Torpaq Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.
Məlumdur ki, Azərbaycanda kifayət qədər mükəmməl, təkmilləşdirilməsinə ehtiyac olmayan qanunlar vardır, əsas problem onların icrasına nəzarət etmək vəzifəsi daşıyan şəxslərin korrupsiyaya qurşanmasıdır. Bu problem kənd təsərrüfatı təyinatlı torpaqların təyinatı üzrə istifadə olunub-olunmaması müstəvisində də özünü bariz şəkildə göstərməkdədir. Azərbaycan Prezidentinin 2020-ci il 12 may tarixli fərmanı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi ilə müəyyən edilmiş torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində keçirilən monitorinq zamanı torpaq qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edildiyi halda,torpaqı satanlar və kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikənlər barəsində Müvafiq Məcəlləsinin 247.2-ci maddəsinə əsasən məsuliyyət yaradır. Əsas məsələ ilk əyintidən – kənd təsərrüfatı təyinatlı torpaqların zəbt olunmasına göz yumulmasından başlayır və məmurları özlərini "korluğa" vurması güddükləri təmənna qarşılığında baş verir. Yerli icra hakimiyyətlərinin, bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaqları fərdi ev tikintisi üçün ayrı-ayrı şəxslərə satması ciddi problem kimi dərinləşməkdədir. Bu proses paytaxtın Qaradağ rayonunda daha geniş vüsət alıb. Əfsus ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bu qanunsuzluğa göz yumur. Rayonun Müşfiqabad qəsəbəsində Süleyman Mikayılov kənd təsərrüfatı təyinatlı torpağı hərraca çıxarıb. Nə özü, nə də hərrac keçirmək səlahiyyəti olan bələdiyyə vasitəsilə deyil, Akif və Nəriman adlı iki bacanaqlar vasitəsilə. Maraqlıdır ki, hətta kənd təsərrüfatı təyinatlı torpaqları qanuni icarəyə götürən və təyinatı üzrə istifadə edən şəxslə müqavilə 99 illiyə bağlanıldığı halda, Müşfiqabadda bu torpaqlar sotlarla bölünərək fərdi ev tikintisi üçün vətəndaşlara satılır.İcra hakimiyyətinin,bələdiyyələrin və digər aidiyyatı orqanların nümayəndələri aldıqları rüşvət müqabilində kənd təsərrüfatı təyinatlı torpaqda ev tikintisinə göz yumurlar.Görünən odur ki,Müşfiqabad qəsəbəsində Azərbaycan Dövlətinin qanunları işdəmir,buralarda icra başçısının öz qanunları var. Aydındır ki, ev tikən həmin evdə ömürlük yaşamaq fikrindədir və ümid edir ki, özü dünyasını dəyişəndən sonra həmin ev miras kimi övladına qalacaq. Həmin şəxs təxminən belə fikirləşir: “Yerin yiyəsi Süleyman Mikayılovdur. Onun adamları Akifə, Nərimana pulumu verib torpaq almışam, onlar da başçının payını çatdırıblar, yüz il də keçsə, mənim əlimdən torpağı heç kim ala bilməz”.  
Bu neqativ hallarla bağlı dəfələrlə Qaradağ rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə telefon əlaqəsi yaradıb problemi diqqətlərinə çardırmışıq,bildirmişik ki hal-hazırda da ərazidə qanunsuz tikililər davam edir, o cümlədən “Mediatv.az” saytı adından rəsmi məktub göndərərək RİH-nin rəhbərliyinə müraciət etmiş, rayon rəhbərliyinin mövqeyini öyrənməyə çalışmışıq. Lakin bütün bunlara baxmayaraq, KİV-də, sosial şəbəkədə tutulan iradlara, yayılan ifşaedici materiallara baxmayraq, bu gün də Qaradğ rayonunda, eləcə də Müşfiqabad qəsəbəsində kənd təsərrüfatı təyinatlı torpaqlarının qanunsuz hərracı davam edir, aidiyyəti qurumlar susqunluq göstərir.
Vətandaşların Mediatv.az-a verdikləri məlumata görə,adlarını çəkdiyimiz iki bacanaqlar Süleyman Mikayılovun “qara kassası” sayılırlar. Məlumatlarda qeyd olunur ki, başçıya istənilən vaxt pul lazım olduqda, bu adamlara kənd təsərrüfatı təyinatlı torpaqları satmaq göstərişi verir, daha doğrusu, bu göstəriş həmişə qüvvədədir, təki pul verən müştəri tapılsın. Bu bazarda isə müştəri qıtlığı yoxdur.Müşqiq qəsəbəsinin qəbirasdanlıq deyilən ərazisində daha bir acinacaqlı vəziyyət isə,evlərdən çıxan kanalizasiya xətlərinin dərə kimi bir əraziyə axıdılmasıdır.
  

Çirkab suların axdığı ərazi


Bu ərazidə ifunət iyindən dayanmaq mümkün deyil,antisanitariya baş alıb gedir,buralıq sanki xəsdəlik mənbəyidir.Adi bədən tərbiyəsi müəllimliyindən DGK-ya, Vergilər Nazirliyinə, sonra da  icra başçısı vəzifəsinə adlayaraq karyerada sürətlə yüksələn Süleyman Mikayılov özünü “Qaradağın Sultan Süleymanı” kimi görür və rayon ərazisini öz  malı kimi satıb varlanmaqdadır. 
Mövzunu davam etdirəcəyik.
      

https://mediatv.az/karusel/105565-qaradagin-sultan-suleymani-ve-onun-qara-xezinedarlari.html
Tarix: 30-01-2023, 11:07
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}