“Maska və sosial məsafə hələ uzun müddət lazım olacaq” - ÜST


“Maska və sosial məsafə hələ uzun müddət lazım olacaq” -     ÜST
Maska və sosial məsafə hətta vaksinasiyaya baxmayaraq, koronavirusun yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər olaraq qalacaq.
 
AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə xüsusi nümayəndəsi Devid Nabarro “Sky News”a bildirib.
 
Onun sözlərinə görə, bu cür tədbirlər koronavirusun mutasiyası ilə əlaqədar olacaq.
 “Bir vətəndaş olaraq düşünürəm ki, hamımızın həyatımızı necə davam etdirəcəyimizi anlamaq üçün vaxt gəlib çatıb. Biz hər şeyi qorxudan etməyə bilmərik. Bunun əvəzinə, bu virusun müəyyən bir sahədə verdiyi əlamətləri tanımaq üçün öyrənməliyik”, - Nabarro deyib.
 
Eyni zamanda, o, turistləri səyahət zamanı ehtiyatlı olmağa çağırıb və qeyd edib ki, səfərlər yalnız tamamilə zəruri olmalıdır.
Tarix: 24-06-2021, 09:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}