Alimlər insan ölümünü 3, 5 ilədək dəqiqliklə qabaqcadan proqnozlaşdırmağı ÖYRƏNDİ...

Alimlər insan ölümünü 3, 5 ilədək dəqiqliklə qabaqcadan proqnozlaşdırmağı ÖYRƏNDİ...
Çin, Almaniya və Avstraliya alimlərinin elmi ScienceAlert jurnalında dərc edilən yeni araşdırmasında deyilir ki, gözün tor qişasının skan edilməsi insanın erkən ölüm riskinə məruz qalacağını müəyyən etməyə kömək edəcək.
 
Alimlər iddia edir ki, eyni yaşda olan iki nəfər müxtəlif sürətlə qocalır və məhz gözlərin müayinəsi insanın nə zaman öləcəyini qabaqcadan müəyyən etməyə imkan verə bilər.
 
Mütəxəssislərin sözlərinə görə, gözlərin skan edilməsi insanın əsl bioloji yaşını müəyyən edə bilər və onun gələcəkdə sağlamlığı barədə təsəvvür yaradır.
 
"Bizim tədqiqatımız göstərir ki, gözün tor qişasının skan edilməsi həm həqiqi yaşı, həm müxtəlif xəstəliklərin meydana çıxmasını, həm də onların erkən ölüm riskinin artmasına təsirini müəyyən edə bilər", - müəlliflər belə yazıb.
 
Beləliklə, süni intellektin köməyilə alimlər 47 min nəfərin iştirakı ilə aparılan təcrübədə yalnız gözün tor qişasının skan edilməsi vasitəsilə 3, 5 ilədək dəqiqliklə ömürlərinin müddətini qabaqcadan proqnozlaşdıra bilib.
 
Tor qişası faktiki yaşından yaşlı görünənlər ayrıca siyahıya salınıb. Təcrübənin başlanmasından 10 il sonra bu siyahıda olanların əksəriyyəti, tədqiqatçıların gözlədiyi kimi, dünyasını dəyişib.
 
Bundan əlavə, alimlər belə bir qanunauyğunluğu da müəyyən edib: əgər tor qişa insanın faktiki yaşından bir il yaşlı görünürsə, sonrakı 11 ildə ölüm riski 2 faiz artır.
 
Əgər xərşəngdən və ya ürək-damar xəstəliklərindən ölüm səbəbini istisna etsək, ölüm riski 3 faiz artıb. Və tor qişa neçə il yaşlı görünürsə, müxtəlif səbəblərdən ölüm riski daha çox artır.
 
Hələlik bu nəticələr sırf müşahidə xarakterlidir və indiyədək hələ məlum deyil, gözün tor qişası qabaqcadan erkən qocalmanı və erkən ölüm riskini necə proqnozlaşdırmağa imkan verə bilər, - alimlər belə düşünür.
 
Amma gözün tor qişasında həm qan damarlarının, həm də sinirlərin olması insanın damarları və beyninin vəziyyəti haqqında mühüm məlumat verə bilər, - tədqiqat müəllifləri iddia edirlər.
 
"Biz tor qişanın yaşı ilə ölüm arasında birbaşa əlaqəni aşkar etmişik. Gözlə beyin arasında əlaqəni nəzərə alsaq, cəsarətlə demək olar ki, tor qişa nevroloji xəstəliklərin "pəncərəsidir", - müəlliflər qeyd edib.
 
Əvvəllər alimlər müəyyən edib ki, insan beyninin arxa hissəsindəki hüceyrələr ürək-damar, böyrək xəstəlikləri və qocalmanın digər əlamətlərini qabaqcadan proqnozlaşdırmağa kömək edir. Lakin alimlər ilk dəfədir ki, gözün tor qişası insanın faktiki yaşının bioloji yaşından fərqini göstərir, bu isə erkən ölümü qabaqcadan proqnozlaşdırmaq üçün mühüm amildir.
 
Alimlərin fikrinə görə, yeni tədqiqat belə bir fərziyəni təsdiq edir ki, gözün tor qişası qocalma prosesində mühüm rol oynayır və erkən ölüm riskini artıran xəstəliklərin  meydana çıxmasına həssasdır.
 
Alimlər iddia edir ki, gözün tor qişasını tez bir zamanda və ağrısız skan etmək olar. Əgər gələcək tədqiqatlar gözün tor qişasının insanın başqa orqanları və bədəni ilə necə əlaqədə olmasını öyrənməyə imkan verərsə, o zaman pasientlərin sağlamlıq vəziyyətinin daha dəqiq ehtimalla diaqnozunu müəyyən etməyə imkan verəcək.

Tarix: 23-01-2022, 10:08
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}