Moskvalılar yenidən "Moskviç" və "Lada" avtomobillərinə dönür...

Moskvalılar yenidən
Fransanın "Reno" avtomobillərinin istehsalçısının Rusiyadakı aktivləri Rusiya Federasiyasının dövlət mülkiyyətinə keçir.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın sənaye və ticarət nazirliyi öz "Telegram- kanal"ında bəyan edib.
 
"İmzalanan sazişlər "Renault Rossiya"- nın səhmlərinin Moskva şəhərinə və "AVTOVAZ"- ın səhmlərinin Rusiyanın sənaye və ticarət nazirliyinin tabeliyində olan " НАМИ" müəssisəsinin timsalında dövlətə keçirilməsini nəzərdə tutur", - məlumatda belə deyilir.
 
Sövdələşmələr nəticəsində aktivlərin payları belə bölüşdürüləcək:
 
"Reno Rossiya" QSC- nin səhmlərinin 100 faizinə Moskva hökuməti sahiblənəcək;
 
"AVTOVAZ" avtomobil konserninin səhmlərinin 67, 69 faizi "НАМИ"- nin timsalında Rusiya Federasiyasının  mülkiyyətinə keçir.
 
"Mövcud lisenziyalar çərçivəsində "Lada" avtomobilləri "AVTOVAZ" zavodlarında buraxılacaq. Həmçinin "AVTOVAZ" "Renault" avtomobillərinə Rusiya bazarlarında servis xidmətinin göstərilməsini həyata keçirəcək", - nazirlik belə deyib.
 
Öz növbəsində Moskva meri Sergey Sobyanin öz saytında bəyan edib ki, Moskvadakı "Reno" zavodunda "Moskviç" avtomobillərinin istehsalı bərpa ediləcək. Onun sözlərinə görə, zavodun şəhərin balansına keçirilməsi barədə qərar çoxminli əmək kollektivini qorumaq zərurəti ilə bağlı olub.
 
"Xarici mülkyyətçi Moskvadakı "Reno" zavodunu bağlamaq qərarını verib. Bu, onun hüququdur, lakin biz yol verə bilmərik ki, çoxminli kollektiv işsiz qalsın. Ona görə də mən zavodun şəhərin balansına keçirilməsi və tarixi brend olan "Moskviç" minik avtlmobillərinin istehsalının bərpa edilməsi barədə qərar vermişəm", - Moskva meri belə deyib.
 
Onun sözlərinə görə, dirçələn "Moskviç" avtomobil zavodunun tərəfdaşı sovet, sonradan Rusiya şirkəti olan "KAMAZ" yük dizel avtomobillərinin istehsalçısı olacaq. İlkin mərhələdə daxili yanma mühərriki olan klassik avtomobillərinin, perspektivdə isə həm də elektromobillərin istehsalı təşkil ediləcək.
 
Yeri gəlmişkən, Rusiyanın Avropa biznesi Assosiasiyası (ABA) aprel ayında Rusiya bazarında 3 ən polulyar avtomobilləri qeyd edib:
 
"Lada"  Niva;
 
"Lada" Granta;
 
"Lada" Vesta.
 
Bu zaman ABA qeyd edib ki, 2022- ci ilin aprel ayında Rusiyada yeni minik maşınlarının satışı 2021-ci ilin həmin ayına nisbətən 78, 5 faiz aşağı düşüb.

Tarix: 16-05-2022, 22:08
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}