Musa Peyğəmbər Firoondan qaçarkən yolda hansı Peyğəmbərin qızına aşiq oldu?

Musa Peyğəmbər Firoondan qaçarkən yolda hansı Peyğəmbərin qızına aşiq oldu?
Saraydakı  kahinlər Firona xəbər verdilər ki, bu il doğulan bir oğlan uşağı böyüyüb səni öldürəcək. Bu səbəbdən Firon əmr verdi ki, bu il doğulan bütün oğlan uşaqları öldürülsün. Həmin il İmranın ailəsində də bir oğlan uşağı dünyaya gəldi. Valideynləri onu bir müddət gizli saxladılar ki, saray çuğulları bilməsin. Lakin, bunu çox gizlətmək mümkün deyildi (hamilə qadınları da gəlib tez-tez yoxlayırdılar). Odur ki, Anası körpəni bəzəkli bir sandığa qoyub Nil çayına atdı. Qızı Məryəmə də tapşırdı ki, kənardan göz qoy, gör sandıq hara axacaq. 
Firon öz sarayının həyətinə Nildən bir qol çəkmişdi; sandıq nəmin qola dönərək, Fironun bağına daxil oldu. Bu vaxt onun arvadı Asya qızları ilə bağda suyun qırağında oturmuşdu, sandığı görüb, ağacla yaxına çəkdi. İçində ay parçası kimi gözəl bir oğlan uşağını görəndə çox sevindi (Fironun oğlu yox idi). Ərindən xahiş etdi ki, bu uşağı öldürməsin və götürüb saxlamasına icazə versin. Firon həyat yoldaşının sözünü yerə salmadı. Beləliklə, həmin ildə doğulan və sağ qalan yeganə oğlan uşağı Fironun sarayında məskunlaşdı. Adını Musa qoydular. Mənası “ağac və su arasından tapılan” deməkdir.
 
Qərar verildi ki, Musaya bir süd anası tapılsın. Lakin nə qədər qadın gəldisə, körpə heç birini əmmədi. Bu vaxt Məryəm saraya daxil olub, körpəyə bir süd anası tapa biləcəyini dedi. Beləliklə, öz doğma  anası gəlib Musanı süd anası sifətində himayəsinə götürdü, lakin bunu heç kəs bilmədi.
 
Musa böyüyəndə anası gizli şəkildə öz əsil-nəsəbin ona tanıtdı ki, Bəni-İsrail tayfasındandır. O vaxt bu tayfa  Fironun mənsub olduğu Qibti tayfası tərəfindən əsarətdə saxlanırdı və heç bir hüququ yox idi. Bu hal Musanın qəlbini çox ağrıdırdı. Bir gün də bir Qibtinin Bəni-İsraildən birini döydüyünü görüb, Qibtiyə bir yumruq vurdu. Musa çox güclü olduğundan Qibti həmin an yıxılıb öldü. Firona xəbər çatdı ki, Musa sənin tayfandan bir nəfəri öldürdü. Beləliklə, Musanın ölmünə fərman verildi (ondan qabaq da dəfələrlə Firon bu uşağı öldürmək istəmiş, lakin, arvadı imkan verməmişdi. Kahinlərin sözləri Fironun yadından çıxmırdı). 
Saraydan bir nəfər gizli yolla Musaya xəbər verdi ki, Firon sənin ölmünə qərar verdi, ölkədən qaç. 
 
Musa Misirdən çıxaraq, Hicaz bölgəsində yerləşən Mədyən şəhərinə doğru üz tutdu. Şəhərin girişində bir su quyusunun yanına çatanda gördü bir neçə nəfər quyudan heyvanlarını suvarırlar. İki yeniyetmə qız isə, kənarda pərişan halda dayanıblar, yanlarındakı heyvanları suvarmırlar. Musa onlara yaxınlaşıb, pərişanlıqlarının səbəbini soruşdu. Qızlar cavab verdilər ki, bayaqdan bu adamları gözləyirlər, onlar heyvanlarını suvarıb qurtardıqdan sonra biz suvaracağıq. Atamız da qocadır. Evdə bizdən başqa heyvanlara baxacaq kimsə yoxdur (bunlar Şüeyb Peyğəmbərin qızları idi). Musanın qızlara yazığı gəldiyindən, kənarda ağzında nəhəng daş olan digər su quyusunun ağzındakı daşı kənara ataraq, onların heyvanlarını tez suvarıb yola saldı; özü isə, ağacın kölgəsində oturdu. Birazdan qızlardan biri Musanın yanına qayıdıb, atasının onu evə dəvət etdiyini dedi. Musa Şüeyb Peyğəmbərin evinə gəldi və başına gələnləri ona nəql etdi. Peyğəmbər dedi qorxma, Allah səni zalımlardan qoruyur və Onun nəzarətindəsən. 
 
Sonra Şüeyb Peyğəmbər Musaya dedi ki, bu iki qızımdan birini sənə nigah edərəm, bir şərtlə ki, səkkiz il mənə çobanlıq edəsən. Beləliklə, Musa razılaşıb, Peyğəmbərin böyük qızı  Səfurə ilə evləndi (hansı ki, ilk gördüyündə bu qıza  vurulmuşdu). 
 
Paşa Yaqub – Elmi-lədun bilicisi
Tarix: 29-05-2022, 14:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}