Xameneinin “Nostradamusluğu” ABŞ-ı heyrətləndirib: Dini liderə din dərsi



ABŞ hakimiyyəti hesab edir ki, Tehran Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat keçirməsinə dəstək verib.
 
APA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.
 
ABŞ payız mövsümü üçün böyük həcmdə vaksin alır
Bayden Yaxın Şərq regionuna səfərinin məqsədini açıqlayıb
 
Jurnalist ondan Rusiya Prezidenti Vladimir Putinin Tehranda İranın ali lideri Əli Xamneyi və prezident İbrahim Rəisi ilə görüşlərini şərh etməsini istəyib.
 
Prays bildirib ki, ali liderin Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat keçirməsini birmənalı şəkildə dəstəklədiyini eşitmək çox heyrətamizdir.
 
İran bu müddət ərzində neytrallığını qoruyub saxlayırdı. Bu açıqlam isə xüsusi ilə diqqət çəkdi”,- deyə Prays bildirib.
 
Ovqat.com-un əlavəsi
 
Qeyd edək ki, dünən Rusiya prezidenti Vladimir Putinlə görüşündə İran dini lideri Xamenei açıq şəkildə Ukraynaya qarşı fikirlər səsləndirmişdi. Dini lider fakt üzrə danışmaq yerinə Nostradamusluq edib kəhanətlərini dilə gətirmişdi. "Əgər siz Ukrayna məsələsində təşəbbüsü ələ almasaydınız, qarşı tərəf buna təşəbbüs göstərib müharibə başladacaqdı"-deyə, Xameneyi bildirmişdi. Görünür, ABŞ rəsmilərini də məhz Xameneinin Nostradamusluğu heyrətləndirib.
 
 
Xameneiyə din dərsi
 
İslam dininə görə, daha yaşanmamış və ya gələcəkdə olacağı gözlənilən hadisə qeybdir. Adını ayətullah qoyan Xamenei də Ukraynanın Rusiya ilə müharibəyə başlayacağı barədə fikirlər səsləndirməklə faktiki olaraq baş tutmamış qeybdən xəbər verib. Qurana görə isə, qeybi Xamenei həzrətləri bilə bilməz. Çünki qeybin açarları (Allahın) qatındadır. Qeybi ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın”. (Ənam surəsi 56).
 
Digər ayələr
 
* (Onlara) “De: Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər” (Nəml 65)
 
Yeri gəlmişkən, biz də Allahın Nəml surəsində buyurduğu əmrini yerinə yetirib bu ilahi mesajı Xamenei həzrətlərinə çatdırmağı zəruru bildik. Günahlarından tövbə edib-etməməyi cənab ayətullahın öz ixtiyarına buraxırıq. Necə deyərlər, can onun, axırət Allahın. 
 
“Qeybi bilən ancaq Odur və O öz qeybini heç kəsə əyan etməz” (Cin 26).



Tarix: 21-07-2022, 08:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}