Amerikalı milyonçu yeni doğulan oğluna dəyəri 2, 8 milyon olan yaxta hədiyyə edib...



Amerikalı milyonçu yeni doğulan oğluna dəyəri 2, 8 milyon olan yaxta hədiyyə edib...
"Mən istərdim ki, oğlum Romeo həyatına yaxşı start versin və bu, gələcəkdə ona kömək etsin..."
 
Amerikalı milyonçu yeni doğulan oğluna dəyəri 2, 8 milyon olan yaxta hədiyyə edib...
 
Moderator.az xəbər verir ki, bu barədə "LADBible" nəşri yazıb. 
 
Bundan başqa, körpə dizayn geyimi ilə dolu olan qarderoba da sahiblənib.
 
52 yaşlı Barri Dryuitt-Barlou öz körpə oğluna dəbdəbəli hədiyyə etmək qərarına gəlib. 
 
Onun deməsinə görə, Romeo adı verilən oğlunun dünyaya gəlişi xəbərini eşidəndən sonra o, dizayner geyimi ehtiyatlarını alıb, alış-verişə 34 min dollar xərcləyib.
 
Lakin bu məbləğ ona az görünüb, ona görə də yenidən ata olan kişi yaxta əldə edib.
 
"Biz yaxtaya 2, 8 milyon dollar xərclədik və onun şərəfinə "Romeo" adlandırdıq", - o, sevincini bölüşüb.
 
Kişi dəqiqləşdirib ki, hələlik, yaxtadan böyük qızı istifadə edəcək və sevgilisi ilə Kubaya səyahətə yollanacaq.
 
Lakin Romeo böyüyəndən sonra yaxta onun sərəncamına keçəcək.
 
Öz yeni doğulan uşağına milyonlar xərcləmək qərarını izah edən Barri deyib ki, Romeonun həyatda yaxşı start götürməsini istəyir ki, gələcəkdə bu, ona kömək etsin.

Tarix: 17-09-2022, 08:59




Xəbər lenti

{sape_links}{sape_article}