Moskvadan qonşu ölkələrə təyyarə biletləri tükənib


Oktyabrın ortalarınadək Tbilisiyə, Bakıya və Yerevana olan biletlərin əksəriyyəti bitib.
Rusiyanın paytaxtı Moskva şəhərindən qonşu ölkələrin paytaxtlarına təyyarə biletləri sürətlə tükənib.
Səbəb Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 21-dən etibarən qismən səfərbərlik elan etməsidir.
Oktyabrın ortalarınadək Tbilisiyə, Bakıya və Yerevana olan biletlərin əksəriyyəti bitib.
Tbilisiyə birbaşa reys olmasa da, başqa ölkələrdən tranzit olan uçuşlar da qalmayıb.
Vladimir Putinin qismən səfərbərliklə bağlı imzaladığı sərəncamda bildirilir ki, bu qərar Rusiyanın suverenliyinin və bütövlüyünün qorunub saxlanılması məqsədilə verilib.
Putin yalnız ehtiyatda olan rusların hərbi xidmətə çağırılacağını vurğulayıb.
Prezident çıxışı zamanı Rusiyanın nüvə silahından istifadə ehtimalı ilə bağlı da xəbərdarlıq edib.
“Ərazi bütövlüyü təhlükə altına düşəndə Rusiya bütün üsullardan, o cümlədən nüvə silahından istifadə edəcək. Bu, blef deyil”, – deyə Putin əlavə edib.
“Rusiya ordusu xüsusu əməliyyatda 5937 hərbçi itirib”.
Bunu isə Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
“The Village” nəşri yazır ki, bitən biletlər normal qiymətlərdən baha satılıb. Moskvadan Almatıya birbaşa reyslər qalmayıb. Krasnoyarskda təyyarə dəyişməklə biletlərin qiyməti 63 000 rubldan (1765.83 manat) başlayır.
Moskvadan Dubaya da birbaşa reyslər qalmayıb. BƏƏ-nə sentyabrın 22-nə olan birbaşa reyslər 42 000 (1177,22 manat) rubldan başlayır.
Moskvadan Tbilisiyə birbaşa reyslər yoxdur. Bu şəhərə təyyarə dəyişməklə biletlərin qiyməti isə üç-beş dəfə artıb. Astanada təyyarə dəyişməklə Moskvadan biletlər 56 000 rubldan (1571 manat) başlayır, Yerevanda təyyarə dəyişməklə ən sürətliləri 100 000 rubl (2808 manat) və daha artıqdır. Adətən, Tbilisiyə biletlər nadir halda tel:15 000-20 000 rublu (421-561 manat) ötür.
Yaxın iki gündə Moskvadan Yerevana təkcə 77 000 (2154 manat) rubldan başlayan biznes-klasla uçmaq mümkündür. “IrAero” və “Azimut” Ermənistanın paytaxtına səhər reyslərini müvafiq olaraq 93 000 (2600 manat) və 96 000 rubla (2685 manat) satır. Yerevana təyyarə dəyişməklə uçuşa görə 26 000-dən 80 000 rubladək (tel:726-2235 manatadək) ödəmək lazım gələcək.
İstanbula birbaşa reyslər daha çoxdur, lakin Moskvadan uçuşların qiyməti 70 000 (1955 manat) rubldan başlayır. Moskvadan Antalyaya iki reys qalıb – müvafiq olaraq qiymətləri 75 000 (2096 manat) və 121 000 rubldan (3382 manat) başlayan biletlərlə.
Hələlik sadəcə Bakıya uçuşların qiymətləri münasib olaraq qalır. Biletlərin qiyməti 20 000 rublu (558 manat) ötmür. Düşənbəyə tel:12 000-15 000 rubla (335-418 manat) uçmaq olar.
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.
Tarix: 22-09-2022, 07:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}