Dünyada ən çox milyarderin yaşadığı şəhərlər məlum olub


 
Dünyada ən çox milyarder ABŞ-da yaşayır.
APA-nın xəbərinə görə, bu barədə baş ofisi Londonda yerləşən “Henley & Partners” təşkilatı məlumat yayıb. Təşkilat son hesabatında milyonçu və milyarderlərin yaşadığı şəhərlərin statistikasını açıqlayıb. Hesablama zamanı varidatı 100 milyon dollardan çox olanlar milyonçu, 1 milyard dollardan artıq olanlar isə milyarder kimi təsnif edilib.
Siyahıya görə milyonçu sayında Nyu-York şəhəri liderlik edir – 737 nəfər. Milyarderlərin sayına görə isə bura yalnız San-Fransiskodan geri qalır. Şəhərdə 59 milyarder daimi yaşayır.
San-Fransisko isə milyonçuların sayına görə yalnız Nyu-York geridədir. Burada 623 milyonçu, 62 milyarder yaşayır.
Londonda 406, Los-Ancelesdə 393 milyarder qeydə alınıb.
Asiya nəhəngi Çinin paytaxtı Pekində 363 milyonçu və 44 milyarder yaşayır. Bu rəqəm Şanxayda müvafiq olaraq 350 və 42-dir.
Çikaqoda 340, Sinqapurda 336 milyoner daimi yaşayır.
Avropada isə ən çox milyonçu Cenevrədə yaşayır – 345 nəfər. Burada milyarder yoxdur.
Onluqda sonuncu yeri 314 milyonçu ilə Hyuston şəhəri tutur.
Tarix: 24-09-2022, 09:27
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}