BİZİM TƏQVİM: 262 il əvvəl bir ilin 365 gündən ibarət olduğu təsdiqlənib



1905-ci ilin 17 dekabrında Azərbaycanda gündəlik ictimai-siyasi “İrşad” qəzetinin ilk sayı çapdan çıxıb. Bu qəzet 1908-ci il iyunun 25-dək Bakıda Azərbaycan türkcəsində nəşr olunub. Baş redaktoru Əhməd bəy Ağayev olan “İrşad” qəzetində İslam tarixi, mədəniyyəti, adət-ənənələrinə aid materiallarla yanaşı elm, maarif, ədəbiyyat və incəsənətə dair məqalələr də yayınlanırdı. Dövrün Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli, Nəriman Nərimanov, Məhəmməd Hadi kimi ziyalıları “İrşad”la əməkdaşlıq edib.

Bəs, 17 dekabrda daha hansı hadisələr baş verib?

1. 1479-cu ildə yaradıldığı deyilən "Aztek təqvimi" 1760-cı ilin 17 dekabrında “Mexiko City”də tapıldı. 25 ton ağırlığında olan daş təqvimdə bir günəş ili tam olaraq 365 günə bölündüyü üçün arxeologiya sahəsində böyük tarixi abidə sayılır.  

2. 1510-cu ilin bu günündə Səfəvilərlə Şeybanilər arasında Mərv döyüşü başlayıb.

3. Napoleon Bonapart 17 dekabr 1802-ci ildə özünü imperator elan edib.

4. 17 dekabr 1903-cü ildə Rayt (Wright) qardaşları tərəfindən ilk motorlu təyyarə ABŞ-ın Şimali Karolina ştatında havada uçdu. 12 saniyə davam edən uçuşda 37 metr məsafə qət edildi. Eyni gün keçirilən son sınaqda 59 saniyə havada qalan təyyarə 280 metr uçdu. 

5. 17 dekabr 1965-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən Türkiyənin Kıbrıza (Kipr) hərbi müdaxilə etməsinə icazə verməyən qərar qəbul olundu. Türkiyə isə bu qərarı rədd edərək London və Zurih müqavilələrində olan qaranti haqqını sonuna qədər istifadə edəcəyini bütün dünyaya elan etdi.

6. 1980-ci ilin 17 dekabrında Türkiyənin Avstraliyanın Sidney şəhərindəki baş konsulu Şarık Arıyak və cangüdən polisi Engin Sever erməni terror təşkilatı ASALA-nın üzvləri tərəfindən şəhid edildilər.

7. 1986-cı ildə SSRİ-nin baş katibi Mixail Qorbaçovun, milli xüsusiyyətləri nəzərə almadan, Ulyanovsk vilayəti Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Kolbini Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyin etməsi Qazaxıstanda böyük iğtişaşlar yaratdı. Minlərlə insan küçələrə çıxaraq bu qərara etirazlarını bildirdilər. Mitinq qan içində boğuldu, onlarla insan həlak oldu. 

8. Azərbaycanlı kosmanavt Musa Manarov 17 dekabr 1990-cı ildə kosmosa ilk uçuşunu həyata keçirib. 

9. Amerikanın Deyton şəhərində 1995-ci ilin bu günü “Balkan yarımadasında münaqişələrə son qoyulmasına dair müqavilə” imzalandı. Bu müqavilənin şərtlərinə görə, serb millətçiləri Bosniya-Herseqovinada hərbi əməliyyatlara son qoymalı idi. Ancaq bu müqavilə imzalanana qədər artıq regionun müsəlman əhalisinə qarşı soyqırım törədilmişdi.

10. 1903 –cü ilin 17 dekabrında tarixdə ilk təyyarə havaya qalxıb. Rayt qardaşlarının hazırladığı bu model cəmi 56 saniyə havada qala bilib və 260 metr uçub.

11. 17 dekabr 1925-ci ildə SSRİ və Türkiyə arasında bitərəflik sazişi imzalanıb.

12. 1926-cı il 17 dekabr tarixində SSRİ-də ilk dəfə əhalinin siyahıyaalınması keçirilib. Bu siyahıyaalmaya görə, Azərbaycan SSR-in əhalisi 2 milyon 313 min 700 nəfər, o cümlədən 1 milyon 212 min 400 kişi, 1 milyon 101 min 300 qadın olub. Əhalinin 649 min 500 nəfəri şəhərdə, 1 milyon 664 min 200 nəfəri isə kənddə yaşayıb.

13.  1971-ci ilin bu günündə Birləşmiş Ərəb Əmirliyi özünün müstəqilliyini elan edib.

14.  17 dekabr 1989 –cu ildə Braziliyada 25 illik fasilədən sonra ilk seçkilər keçirilib. 

15. 1991-ci ilin 17 dekabrında SSRİ-də İttifaqın saxlanılması məsələsi ilə bağlı ümumittifaq referendumu keçirilib. Rəsmi məlumatlara görə, referendumda iştirak etmiş 146 milyon nəfərdən 112 milyonu (76 faiz) SSRİ-nin saxlanılmasına səs vermişdi. Amma bundan bir neçə ay sonra SSRİ dağıldı.

16.  1943-cü ilin 17 dekabrında məşhur Tehran konfransı baş tutub. SSRİ, ABŞ və İngiltərə dövlət başçılarının iştirakı ilə keçirilən konfransda faşizmə qarşı birgə mübarizə qərara alınıb.

17.  17 dekabr 1999-cu ildə La-Manş boğazı altında tinel qazan Fransa və Böyük Britaniya qazmaçıları bir-birləri ilə görüşüblər.

18.  2004 –ci ilin 17 dekabrında Avropa Birliyi Türkiyə ilə müzakirələrə başlamağı qərara alıb.

Bəs, 17 dekabrda hansı tarixi şəxsiyyətlər xatırlanır?

1. Bu gün dünya ədəbiyyatı və mənəviyyatının nümayəndələrindən biri, dahi şərq filosofu Cəlaləddin Ruminin xatirə günüdür. 1207-ci ildə Əfqanıstanın Bəlx şəhərində anadan olan Cəlaləddin 13 yaşında (1220) ailəsi ilə Türkiyənin Konya şəhərinə köçüb və burada mövləvilik təqriqətinin əsasını qoyub.  Lirik şeirlər divanı və bir sıra risalələrin müəllifi olan Cəlaləddin Ruminin ən böyük əsəri bir çox xalqların dilinə tərcümə edilən “Məsnəvi”dir.  Mütəfəkkir şair 1273-cü ildə 70 yaşında Konyada dünyasını dəyişib. (1207-1273)

2.  Dünya musiqi mədəniyyətinin dahi nümayəndəsi, alman bəstəkarı Lüdviq van Bethoven (Ludwig van Beethoven) 1770-ci ilin bu günü Almaniyanın Bonn şəhərində anadan olub. Bethovenin musiqi dramatizmi parlaq melodiyaları ilə dinləyicilərə güclü təsir göstərir.  27 yaşında eşitmə qabiliyyətinin zəifləməsinə baxmayaraq Lüdviq van Bethoven dünya musiqi xəzinəsinə 7 və 8-ci simfoniyalar, “Ay sonatası”, “Kraysler” və “Avrora” sonataları kimi bir-birindən gözəl əsərlər bəxş edib. (1770-1827)

3. Cənubi Amerika qitəsində 6 ölkənin qurucu lideri olaraq qəbul edilən Simon Bolivar 1830-cu ilin 17 dekabrında 57 yaşında dünyasını dəyişib. (1783 - 1830)

4. Tanınmış şair Osman Sarıvəlli də dekabrın 17-də dünyaya göz açıb. Xalq şairi 1905-ci ilə Qazax rayonunda anadan olub.

5. Tanınmış publisist, tədqiqatçı alim, professor Şirməmmədi Hüseynov 17 dekabr 1924-cü ildə Nuxada-indiki Şəki şəhərində anadan olub.

6. Keçmiş Ticarət (2000-2001), eləcə də sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovun ad günüdür. Sabiq nazir 17 dekabr 1955-ci ildə Quba rayonunda doğulub.
Tarix: 17-12-2022, 08:27
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}