"Kadırov, Priqojin, Gerasimov Putinin müraciətində iştirak etməyib, Medvedyevsə..."


"Kadırov Abu-Dabidədir, Sobyanın xəstədir, Medvedev çıxışın ortasında yuxulayıb..."
 Putinin Federal Məclisə müraciət etdiyi Moskvanın Qostinı Dvorunda bir çox yerlər boş qalıb. Buna müstəqil rusiyalı jurnalistlər diqqət çəkib.
 
O cümlədən, Putinin niqtini Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov dinləməli olmayıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə "İzah edə bilərik" nəşri məlumat yayıb.
 
Nəşrin yazdığına görə, Çeçenistan rəhbərinin şəxsi təyyarəsi hələ fevralın 17-də Abu-Dabiyə uçub. Hər şeydən göründüyü kimi, o, hələ də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtındadır.
 
Müraciətin yayımlanması zamanı kadrlarda Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəhbəri, üzdəniraq "xüsusi hərbi əməliyyat" qoşunlarının komandanı Valeri Gerasimov və onun müavini Sergey Surovikin görünməyib. Tədbirə həmçinin "Vaqner qrupu" özəl hərbi şirkətin təsisçisi, Rusiyanın hərbi rəhbərliyini vətənə xəyanətdə ittiham edən Yevgeni Priqojin də dəvət edilməyib.
 
Moskva meri Sergey Sobyanın də gözə dəyməyib. "Vyorstka" nəşrinin məlumatına görə, Sonbyanin xəstəliyi ilə bağlı tədbirə qatıla bilməyb, hərçənd, bu, ona Rusiya prezidentinin çıxışını şərh etməyə mane olmayıb.
 
"Ukraynada döyüş əməliyyatları hələ ki, davam edir. Və mümkündür ki, kimsə gələcəyə planlar qurulmasının zamanının olmadığını düşünür. Amma, eşitdiyimiz kimi, Putin bunun əksini edib. Vladimir Vladimiroviç uzunmüddətli perspektiv üçün vəzifələri müəyyən edib, bunlar nəqliyyat infrastrukturu, sənaye, təhsil, səhiyyə, vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi vəzifələridir", - Sobyanın "Telegram-kanal"ında yazıb.
 
"Vyorstka" həmçinin ilhaq edilmiş Krımın rəhbəri Sergey Aksyonovun tədbirdə olmamasına diqqət çəkib.
 
Jurnalistlər qeyd edib ki, Putinin nitqi hətta ultra-vətənpərvərləri də məyus edib. "Xüsusi hərbi əməliyyat"ın tərəfdarları Dmitri Medvedev, həkim Leo Bokeriya və RLDP-nin rəhbəri Leonid Slutski çıxışın ortasında yuxulayıb.
 
Xəbər verildiyi kimi, bu gün Putin Federal Məclisə müraciətlə çıxış edib. Kreml rəhbərinin 45 dəqiqəlik nitqi 53 dəfə dinləyicilər tərəfindən alqışlarla qarşılanıb. Rusiya liderinin çıxışı Ukraynada gülüş doğurub. ABŞ-da Putinin antiQərb ritorikası "cəfəngiyyat" adlandırılıb.
Tarix: 22-02-2023, 08:56
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}