Qan gölündə boğulan Hind - Çin yarımadası - VYETNAM MÜHARIBƏSİ...

Qan gölündə boğulan Hind - Çin yarımadası - VYETNAM MÜHARIBƏSİ...
İndiki Kamboca, Vyetnam və Laos 1862-ci ildən  20-ci əsrin ortalarına qədər Fransanın əsarətində idi. Ikinci dünya savaşı ərəfəsində isə Fransız Hind-Çini adlanan bu əraziyə Yaponiya nəzarət etməyə başladı. 2-ci dünya müharibəsində Yaponiya məğlub olandan sonra Fransa yenidən bu əraziyə gəldi. Lakin bu dəfə vəziyyət tamam başqa idi. Yaponlar ərazini tərk edib gedəndə özləri ilə şimal və cənub arasında millətçilik ayrımı qoyub getmişdilər. Beləki, şimalda SSRİ və Çinin böyük dəstəyi ilə Xoşiminin qurduğu komunist rejim, cənubda isə ABŞ dəstəkli Diem rejimi bərqərar olmuşdu. 
 Göründüyü kimi ABŞ kapitalizmi dünyada kommunizmi bir kölgə kimi izləyir və yayılmasına əngəl idi. Karl Marks deyəndəki, Avropanı bir komunizm kabusu dolaşır, ABŞ kapitalizmi də o kabusun kabusu idi..
 
1954- cü ildə Cenevrə anlaşmasına görə Şimali və Cənubi Vyetnam xalqın səsverməsi ilə birləşməli idi. Lakin Cənubun lideri Diem Xoşiminin nüfuzunun daha böyük olduğunu bildiyi üçün səsverməyə getmədi. Xoşimin 1957-ci ilə qədər gözləsə də nəticə hasil olmadı. Beləliklə Xoşimin Cənubi Vyetnamı işğal etmək üçün partizan müharibəsinə başladı. ABŞ dəstəkli Diem qeyri-bərabər müharibəyə girdiyini görüb ABŞ-ı köməyə çağırdı. Beləliklə necə ki, SSRİ Əfqanıstan bataqlığına girmişdi, ABŞ da məcbur qalıb Vyetnam bataqlığına girmiş oldu. 
 
ABŞ prezidenti Dvayt Eyzenhaverdan sonra Kennedinin hakimiyyəti illərində də ABŞ-ın Vyetnam siyasəti dəyişmədi, Kennedinin 1963-cü ildə sui- qəsd nəticəsində ölümündən sonra hakimiyyətə Conson gəldi. Bu zaman Siam körfəzində Şimali Vyetnam ordusu ABŞ ordusuna aid savaş gəmilərini atəşə tutdu bunun cavabında ABŞ Şimali Vyetnamı bombalamağa başladı. Müharibə ərəfəsində Vyetnama Çin və SSRİ hərbi yardımını Laosdan etdiyi öyrənən ABŞ hökuməti Laosu da bombaladı. Laos torpaqlarına 10 il ərzində 200 mln ton bomba atıldı. Bu 2-ci dünya müharibəsi boyunca Avropa və Asiyaya atdığı bomba qədər idi.
 
1965-ci ildə Vyetnamda ABŞ əsgərlərinin sayı nə az nə çox 185 min nəfər idi. 
1968-ci ildə Şimali Vyetnam 85 min nəfər ordu ilə Cənubi Vyetnama hücuma keçdi. Bir çox şəhərləri ələ keçirən ordu qarşısında tab gətirmək üçün ABŞ əsgərlərinin sayı 485 min nəfərə çatdı. Bu bildiyiniz böyük bir müharibə demək idi. 
 
Bu müharibənin özəlliyi onda idi ki, burada aydın cəbhə xətti, tərəflərin nəzarət etdiyi ərazilər yoxdu. Vyetnamlılar partizan müharibəsi aparırdılar. Onlar heç gözlənilməyən yerlərdə peyda olur, düşməni tələfata uğradır və qeyb olurdular. Amerikalılar ən ağlagəlməz yerlərdə pusqularla, minalarla üzləşir, heç zaman özlərini təhlükəsizlikdə hiss etmirdilər. 
 
Kamboca hər nə qədər tərəfsiz olsa da lakin cənubundakı limanı Şimali Vyetnam ordusuna istifadə üçün verilmişdi. Bunu duyan ABŞ ordusu 1969-cu ildə Kambocanı bombalamağa başladı. Bu hadisədən sonra Kamboca liderinə qarşı hərbi inqilab baş verdi və general Lon Noi hakimiyyətə gəldi. Onun hakimiyyətə gəlməsindən sonra Kamboca ərazində nə qədər şimali Vyetnam birlikləri vardısa hamısını öldürdü. Bu hadisədən sonra Şimali Vyetnam Kambocaya hücuma keçdi. Kambocanın bir çox ərazilərini işğal edən ordu birliklərinə qarşı  ABŞ ordusu hücuma keçsə də nəticə qazana bilmədi. General Lon Noinin əsgərləri məhv edildi. 
Kambocanın azad edilməsi uğrunda müharibədə nəticə qazana bilməyən ABŞ ordusu böyük bir hava müharibəsinə başladı. Laos, Kamboca və Şimali Vyetnam şiddətli şəkildə bombardmana məruz qaldı. 
 
ABŞ-ın Laos və Kambocaya atdığı bombalardan çoxlu sayda insan həyatını itirmişdi. Prezident Niksonun hakimiyyəti illərində ABŞ-da müharibəyə qarşı etirazlar başladı. Xalqın təzyiqi qarşısında tab gətirə bilməyən Nikson 1971-ci ilə qədər ordusunu Vyetnamdan yavaş - yavaş çəkməyə başladı. Bu tarixə qədər 50 min ABŞ əsgəri həyatını itirmişdi. 
 
Lakin müharibə başa çatmaq bilmirdi. Belə ki, Şimali Vyetnam hökuməti ABŞ əsgərlərinin azalmasını görüb işğal etdikləri Kamboca ərazisindən Cənubi Vyetnama hücuma keçdilər. Bu hücum nəticəsində Cənubi Vyetnamın yarısı işğal edildi və paytaxta yaxınlaşdılar. Bunu görən  ABŞ ordusu yenidən hava hücumu əməliyyatı keçirdi və bu dəfə Şimali Vyetnamın paytaxtı Hanoy şəhəri bombalandı. 
 
Nəhayət 1973-cü ildə Şimali Vyetnam və ABŞ arasında danışıqlar başlandı. "Paris anlaşması"na görə ABŞ ordusu 60 gün ərzində Vyetnamı tərk etməli idi və etdi də. 
ABŞ Vyetnamdan çəkdikdən sonra Şimali Vyetnam hücuma keçib bütün Vyetnamı işğal etdi. 
 
1975-ci ildə Şimali Vyetnam ordusu Cənubi Vyetnamın paytaxtına daxil olub komunist bayrağını asdı və müharibə rəsmən sona çatdı. 
 
ABŞ-ın müdaxiləsi ilə bütün Vyetnam, Laos və Kamboca ərazisi bomba yağışı ilə zəhərlənmişdi. Şimali Vyetnam bu müharibədə 1 mln 200 min əsgər itirsə də sonda bütün Vyetnam sosialist rejimə keçdi indiyə qədər də davam edir....
Tarix: 20-03-2023, 09:05
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}