57 milyard və ... - Putin sərvətini bu yolla gizli saxlaya bilib - ŞOK DOSYE


Surgutneftegaz Rusiyanın ən zəngin və ən qapalı biznes strukturlarından biridir. Rusiyanın müstəqil araşdırmaçıları həmin şirkətin 57 milyardlıq sərvətlə Kreml üçün pul kisəsi rolunu oynadığını müəyyən edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Dosye” araşdırma mərkəzi xüsusi məlumat yayıb.

Mərkəz Vladimir Putinin şirkətə dostları vasitəsilə nəzarət etdiyini və şirkətin hesablarında on milyardlarla dollar toplandığını bildirir.

Rəsmi qaynaqlara görə, Surqutneftegaz-ın sahibləri onun top-menecerləri və işçiləri sayılır. Amma “Dosye” bunun belə olmadığını və səhmlərin əksəriyyətinin (83,2%) şirkətin əsl sahibini gizlədən qeyri-kommersiya ortaqlıqlarına aid olduğunu təsbit edib.


Surqutneftegaz-ın təsisçi partnyorları sayılan Gennadi Timçenko və Pyotr KolbininRusiya prezidentinin köhnə dostlarıdır. 2011-ci ildən bəri onlar şirkətin xarici ticarət əməliyyatlarının ən azı 43%-nə nəzarət ediblər.

Surqutneftegaz-ın aktivlərinin gizlədilməsində əsas rol onun burada uzun müddət baş direktor vəzifəsində çalışan Vladimir Boqdanova və Gennadi Timçenkoya məxsusdur. Məhz Timçenko, Qərb sanksiyalarının tətbiqindən sonra belə öz tərəfdaşları vasitəsilə Rusiya neftini satmaq üçün treyderlər tapır, onların işinə nəzarət edir.
51739368-7abe-4567-9131-ce8530b7af4d.jpg (91 KB)

Son 20 ildə “Surgunteftegaz” öz hesablarında ən azı 4,25 trilyon rubl toplayıb ki, bu da təqribən 57 milyard dollar təşkil edir.
Dosyedə qeyd olunur ki, şirkət bu hələ ki pulu xərcləmir, inkişafa sərmayə qoymur və onu dividendlərin ödənilməsinə yönəltmir. Mərkəz ekspertlərinin fikrincə, bu vəsait birbaşa Vladimir Putinə məxsusdur. “Bir gün bu pullar hesablardan silinəcək. və onlara nə baş verdiyini heç vaxt bilməyəcəksiniz”, - deyə “Dosye”nin həmsöhbətlərindən biri qeyd edib.
Tarix: 20-03-2023, 22:50
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}