"Orada qadınlar təmiz və vicdanlıdır": Mərakeş İsrail ərəbləri üçün seksual cənnətə çevrilib...


"Bunlar sizin üçün Tailand qızları, hansısa "ledi-boys" deyil, tamam başqa aləmdir..."
 

"Bu qızlar Şərqi Avropa gözəlçələrindən fərqli olaraq kişiləri əyləndirməyi bacarır..."
 
 
İsrail ilə Mərakeş arasında diplomatik münasibətlər 2020-ci ildə bərpa edilib. O zamandan bu ərəb-müsəlman ölkəsi İsrail ərəbləri üçün ən arzuolunan istirahət yerinə çevrilib.
 
Bu barədə İsrailin "Şi" portalı məlumat yayıb.
 
Məlumatda deyilir ki, bu, Mərakeşin turistik gözəlliklərindən baş verməyib, hərçənd, bu da həqiqətdir.
 
Bu, onunla bağlıdır ki, orada "müvəqqəti məşuqə" tapmaq nisbətən asandır.
 
Məqalədə bir neçə ərəbin və Calculiyadan, Musmusdan və "yaşıl hədd" çərçivəsində digər ərəb yaşayış məntəqələrindən olan, Mərakeşi ildə bir neçə dəfə ziyarət edən bütöv şirkətlərin tarixçəsi yer alıb.
 
Onlar həyat yoldaşlarına deyir ki, işlə bağlı ezamiyyətə gedir, özləri isə Mərakeşdə onları gözləyən geniş qucaq açacaq məşuqələrinin dalınca yollanır. 
 
Bəzilərinin bu "ezamiyyət məşuqələri" artıq iki-üç ildir xidmətindədir və "müvəqqəti sədaqətə" görə müəyyən aylıq mükafat alır.
 
Belə sponsorlar "şuqar deddi", yəni "papaşa" adlanır. Digərləri bir həftəyə gəlməyə və hər dəfə yeni qadın "tutmağa" üstünlük verir.
 
"Bu, tamam başqa səviyyədir, bunlar sizin üçün Tailand qızları, hansısa "ledi-boys" deyil, heç bilmirsən qarşındakı kimdir.
 
Onlar təmizdir, gözəl geyinir, qadın incəlikləri var. Ən başlıcası, səndən pul qoparmır, hoqqabazlıq etmir, sözlərinin ağasıdır", - bunu belə ərəb "papaşa"lardan biri İsrail jurnalistlərinə danışıb.
 
Daha bir "sponsor", Saxnindən olan ərəb izah edib: "Bu qızlar, Şərqi Avrpopa gözəlçələrindən fərqli olaraq, kişiləri əyləndirməyi bacarır, onlar kişiyə həzz verməyin yolunu bilir. Bu, super liqadır".
 
Turist agetlikləri izah edir ki, Mərakeşin müsəlman ölkəsi olmasına rəğmən, orada kifayət qədər, xüsusilə turizmlə bağlı liberal davranış mövcuddur.
 
Oraya başqa ərəb ölkələri sakinlərindən də sərt şəriət normalarından uzaqlaşıb istirahət etmək üçün gedənlər var. 
 
Mərakeş və Rabat hakimiyyəti "yerlərdə" nələrin baş verdiyindən xəbərdar olsalar da, buna göz yumur, çünki turizm ən iri şəhərləri və bütün ölkəni dolandırır. Buna uyğun olaraq "eskort" industriyası da çiçəklənir. 
 
Məqalə müəlliflərinin məlumatına görə, hazırda Mərakeşdə turistlətin bütün səfəri boyunca "könlünü almağa" hazır olan 50 min "müvəqqəti məşuqələr" var./Moderator.az/
Tarix: 16-05-2023, 09:22
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}