"Günəş partlayışları Yer üzərində həyat mənbəyi olub..." - NASA


"Günəş enerjisi hissəciklərinin Yerin ilkin atmosferindəki qazlarla toqquşması zülallar və üzvi həyatın əsas elementləri olan amin turşuları və karbon turşularının yaranmasına gətirib çıxarıb..." "Birinci milyon il ərzində Günəş 30 faiz daha tünd olub və bu gün yüz ildə bir dəfə gördüyümüz güclü Günəş partlayışları 3-10 gündən bir baş verib..."
 
Bu yaxınlarda aparılan tədqiqat güman etməyə əsas verir ki, Yer üzərində əsas həyat komponentləri, mümkündür ki, Günəş partlayışları nəticəsində yaranıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" nəşri yazıb.
 
NASA-nın tərkibində olan Qoddard adına kosmik uçuşlar Mərkəzinin alimləri tərəfindən aparılan tədqiqat göstərib ki, Günəş enerjisi hissəciklərinin Yerin ilkin atmosferindəki qazlarla toqquşması zülallar və üzvi həyatın əsas elementləri olan amin turşuları və karbon turşularının yaranmasına gətirib çıxara bilərdi.
 
Yer atmosferi komponentlərinin axtarışı
 
"Həyatın mənşəyini anlamaq üçün bir çox alimlər zülalların və hüceyrə həyatının bütün formalarının ibarət olduğu amin turşularının necə əmələ gəlməsini izah etməyə cəhd edir", - Qoddard Mərkəzinin mayın 2-də dərc etdiyi pres-relizdə deyilir.
 
Bu bəyanata görə, bu ideya 19-cu əsrin sonunda meydana çıxıb, o zaman alimlər güman edib ki, həyat, mümkündür ki, "balaca isti gölməçədə" yaranıb, daha çox şimşək, istilik və digər enerji mənbəyi ilə aktivləşən kimyəvi maddələrdən ibarət "şorba"ya oxşayıb, onlar birlikdə xeyli miqdarda qarışaraq üzvi molekullar əmələ gətirib.
 
Lakin Yerin erkən atmosferinin komponentlərinin axtarışı 1953-cü ilə gedib çıxır, o zaman Çikaqo Universitetindən Stenli Miller laboratoriyada bu ilkin şəraiti yaratmağa cəhd edib.
 
Miller hermetik otağı metan, ammonyak, su və Yerin erkən atmosferində üstün olduğu güman edilən qazlarla-molekulyar hidrogenlə doldurub və dəfələrlə şimşəyi xatırladan elektrik qığılcım törədib. Bir həftədən sonra Miller və komandası otaqda olanları analiz edərək müəyyən edib ki, 20 müxtəlif amin turşuları əmələ gəlib.
 
Yeni tədqiqatda iştirak edən Qoddard Mərkəzindən astrofizik Vladimir Ayrapetyan qeyd edib: "Bu, böyük kəşf olub,  Yerin erkən atmosferinin bu mürəkkəb üzvi molekulların sintezi yolu ilə əsas komponentlərini müəyyən edib".
 
Aktiv Günəş hissəcikləri ideyası
 
Yeni tədqiqata görə, Ayrapetyan Günəş tərəfindən erkən mərhələdə azad edilən aktiv hissəciklər barədə yeni ideyanı yoxlamaq üçün NASA-nın "Kepler" missiyasının məlumatlarından istifadə edib. O, onların həyat tsikllərinin müxtəlif mərhələlərində uzaq ulduzların müşahidə edilməsinə əsaslanıb.
 
2016-cı ildə Ayrapetyanın dərc etdiyi tədqiqatda göstərilib ki, birinci yüz milyon il ərzində Günəş 30 faiz daha tünd olub, lakin "bu gün yalnız yüz ildə bir dəfə gördüyümüz güclü ifrat Günəş partlayışları 3-10 gündən bir baş verib.
 
Bu ifrat partlayışlar nəticəsində işıq sürətinə yaxın hissəciklər ifraz edir, onlar müntəzəm olaraq bizim atmosferlə toqquşur və kimyəvi reaksiyalar törədir", - o, deyib.
 
"Bu məqaləni dərc edən kimi mənimlə Yaponiyadan Yokoqama Dövlət Universitetinin komandası əlaqə yaradıb. Orada kimya professoru, doktor Kobayaşi 30 il ərzində prebiotik kimyanı öyrənərək qalaktika kosmik şüalarının erkən mərhələlərdə Yerin atmosferinə necə təsir göstərdiyini anlamağa cəhd edib", - Ayrapetyan əlavə edib.
 
"Balaca isti gölməçədə" axtarışlar
 
NASA-nın bəyanatına görə, kosmik şüaların Yerin atmosferinə təsirini tədqiq etmək üçün Ayrapetyan, Kobayaşi və əməkdaşları Yer atmosferinə bu gün anladığımız kimi uyğun olan qazlar qarışığını yaradıb.
 
Onlar karbon qazı, molekulyar azot, su və metanı birləşdirib. Yerin erkən atmosferində metanın faizlə miqdarı bəlli deyil, lakin güman edilir ki, o, aşağı olub. Bunun üçün onlar qaz qarışığını protonlarla (Günəş hissəciklərini imitasiya edən) "atəşə tutub" və ya onu qığılcım yükü ilə (şimşəyi imitasiya edən) yandırıb.
 
Komanda metanın miqdarının 0, 5 faizdən çox artmasını müşahidə edib, bu da o deməkdir ki, protonların ifraz etdiyi (Günəş enerjisi hissəcikləri ilə) qarışıq xeyli miqdarda amin turşuları və karbon turşuları istehsal edib, lakin qığılcım yükləri üçün hər hansı amin turşuları əmələ gəlməzdən öncə metanın təxminən 15 faiz miqdarı tələb edilib.
 
"Metanın hətta 15 faizində şimşək vasitəsilə amin turşularının əmələ gəlməsi sürəti protonlara nisbətən milyon dəfə aşağı olub, çünki protonlar həmçinin qığılcım yükü ilə alışanlara nisbətən daha çox karbon turşuları istehsal etməyə meyllidir. Və bərabər şəraitlərdə Günəş hissəcikləri, görünür, şimşəyə nisbətən daha effektli enerji mənbəyidir", - Ayrapetyan deyib.
 

Tarix: 24-05-2023, 07:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}