Deyirlər ki, əksər peyğəmbərlər çobanlıqla dolanıblar, bu fikir doğrudurmu?..-SUAL-CAVAB

Deyirlər ki, əksər peyğəmbərlər çobanlıqla dolanıblar, bu fikir doğrudurmu?..-SUAL-CAVAB
Bəzi peyğəmbərlərin, hətta peyğəmbərlərin çoxunun çobanlıq etmələri barədə həqiqətən hədislər mövcuddur. Lakin onlar çobanlıq etməklə pul qazanmayıblar, yəni başqasının mal-qarasını otarmayıblar. Peyğəmbərlər özlərinin və ya yaxın qohumlarının sürülərini otarıblar. Məsələn, Həzrət Mühəmməd Peyğəmbər (s) yeniyetməlik dövründə himayəsində yaşadığı əmisi Əbu Talibin qoyunlarını otarıb. Həzrət Musa (ə) gələcək qaynatası Şüeybin (o da peyğəmbər idi) sürüsünə çobanlıq edib. Hədislərdə deyilir ki, çobanlıq peyğəmbərlərin gələcək peyğəmbərlik fəaliyyəti üçün təcrübə toplamaq vasitəsi olub. Onlar cəmiyyəti idarə etməyin qaydalarını bu yolla mənimsəyiblər. Həmçinin, çobanlıq edərkən onlar uzun müddət çöldə qaldıqları üçün həm Allah-Taala barədə təfəkkür etmək, həm də öz ibadətlərini rahat yerinə yetirmək üçün imkan qazanıblar...
 
Mənbə: //islam.az

Tarix: 1-11-2023, 08:47
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}