Putinin “gizli evi” üzə çıxdı! Quru yolu ilə nəqliyyat mümkün deyil...

Putinin “gizli evi” üzə çıxdı! Quru yolu ilə nəqliyyat mümkün deyil...
Rusiya prezidenti Vladimir Putinin var-dövləti martın 15-də keçiriləcək prezident seçkiləri öncəsi açıqlanmışdı. Rəsmi olaraq Rusiya lideri Putinin 78 kvadratmetrlik mənzili, 18 kvadratmetrlik qarajı, 3 avtomobili, 10 müxtəlif bank hesabında 54,4 milyon rublu (606 min dollar) və Sankt-Peterburqda bir evi var. Onun Sankt-Peterburq bankında 230 səhminin olduğu bildirilib.
 
Rusiya prezidenti Vladimir Putinin Finlandiya sərhəddindəki “gizli evi” üzə çıxıb. 
 
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Finlandiya sərhədindən 30 kilometr aralıda yerləşən dəbdəbəli bağ evində avtomobil nəqliyyatı olmadığı öyrənilib.
 
Putinə məxsus dəbdəbəli evlər və saraylar tez-tez rusiyalı müxaliflər tərəfindən açıqlanır. Bu dəfə Putinin Finlandiya sərhədindən cəmi 30 kilometr aralıda göl kənarında dəbdəbəli bağ evi olduğu iddia edilib.
 
Rusiyanın müxalifətçilərindən olan Mixail Xodorkovskiyə məxsus “The Dossier Center” adlı araşdırma mərkəzi sosial media hesablarında Putinə məxsus olduğu iddia edilən bağ evinin görüntülərini paylaşıb. Araşdırma mərkəzindən İlya Rojdestvenskinin verdiyi məlumata görə, dəbdəbəli bağ evi Kareliya bölgəsindəki Ladoqa gölünün Marjalahti körfəzinin sahilində yerləşir. 
 
Lüks bağ evinin ətrafında 2 helikopter meydançası, hava hücumundan müdafiə sistemi, estakada, heyvan ferması və 4 metrlik şəlalə var. Dəbdəbəli bağ evinə avtomobil nəqliyyatı yoxdur, ancaq gölün üzərindən yaxta və hava ilə çatmaq olar. Ətrafının tikanlı məftillərlə əhatə olunduğu deyilən ev gecə-gündüz sensorlarla izlənilir. Putinin səfərləri zamanı təhlükəsizlik Federal Təhlükəsizlik Xidməti tərəfindən təmin edilir, evin ətrafında və qonşu adalarda geniş təhlükəsizlik tədbirləri görülür.
 
Bölgədəki yerli jurnalistlər gizli bağ evi haqqında 2016-cı ildə öyrənsələr də, bu günə kimi əraziyə heç kimin yaxınlaşa bilməyəcəyi öyrənilib. Yerli sakinlərdən birinin sözlərinə görə, Putin ən azı ildə bir dəfə yaxınlıqdakı Valaam monastırını ziyarət etdikdən sonra dəbdəbəli bağ evinə baş çəkir.
 
Rusiyalı milyarder Roman Abramoviçin Putinin qonşusu olduğu və Putinin dəbdəbəli bağ evi üçün öz yaxtasını ayırdığı da iddia edilib.
İddialara görə, bağ evinin tikildiyi torpaq “Putinin bankiri” kimi qələmə verilən rusiyalı iş adamı Yuri Kovalçuka məxsusdur. Lakin Putin üçün bağ evi tikilməyə başlayanda iş adamına məxsus torpaq sahəsi genişləndirilib və milli parklara aid torpaqlar əlavə edilərək ümumi ərazi 400 hektara çatdırılıb. Eyni zamanda, ərazidəki şəlalə də qanunsuz olaraq bağçanın ərazisinə daxil edilib.
 
Hələlik Kremldən bu iddialarla bağlı heç bir açıqlama verilməyib.
 
Tarix: 1-02-2024, 09:06
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}