Qlobal fəlakət zamanı ƏN TƏHLÜKƏSİZ ölkələr

 
İqlim dəyişikliyi, təbii fəlakətlər və epidemiyalar bütün dünyada həyəcana səbəb olub. Alimlər təhlükəsiz əraziləri araşdırır, varlılar isə özlərinə yeraltı sığınacaqlar tikirlər.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu tip xəbərlər bütün dünyada narahatlıqları daha da artırır. 
"International Journal of Risk Analysis" tərəfindən nəşr olunan son araşdırmada bildirilir ki, mümkün qlobal fəlakətdən sağ çıxmaq üçün ən təhlükəsiz yerlər İslandiya, Solomon Adaları və Vanuatudur.
Bu ölkələr nüvə müharibəsi, vulkan püskürməsi kimi fəlakətlər zamanı təhlükəsizdir. 
Tədqiqatçılar qlobal fəlakətdən sonra dünyada sağ qalmaq üçün 38 ada ölkəsini 13 xüsusiyyət üzrə qiymətləndiriblər.
Belə ki, Avstraliya qida təchizatı və infrastrukturuna görə siyahıya başçılıq edir. Yeni Zelandiya isə nüvə silahından azad statusuna və okeana yaxınlığına görə güclü mövqedə qərarlaşıb. Bu da ekstremal temperatur dəyişikliklərindən qorunmağa kömək edəcək.
Qeyd olunub ki, Avstraliyanın ərzaq təchizatı sahəsi böyükdür və on milyonlarla əlavə insanı qidalandırmaq potensialına malikdir.  
Tarix: 3-02-2024, 16:16
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}