Dövlətdən milyonlar oğurlayan sabiq gömrük şefləri Qarabağın bərpasına qəpik ayırmır, əcaba niyə?


Prezient İlham Əliyevin gömrük sistemində apardığı islahatlar və bu islahatların müsbət nəticəsi
heç kimə sirr deyil. Məhz bu islahaların nəticəsi idi ki, uzun illər gömrük rəhbərliyində kök
salan, korrupsioner əməlləri ilə daim media və sosial mediada gündəmə gələn bir çox gömrük
məmuru işdən qovulmuş, onlar gənc və bacarıqlı kadrlarla əvəzlənmişdir. Lakin maraqlıdır ki,
uzun illər dövlət büdcəsindən milyonlar oğurlayan, qanunsuz yollarla külli miqdarda sərvətə
sahiblənən bu insanlar nə Vətən müharibəsi, nə də postmüharibə dönəmində dövlətin yanında
olmamış, zəfərimizə və Qarabağda aparılan quruculuq prosesinə heç bir töhfə verməmişdir. Bu
şəxslərdən Dövlət Gömrük Xidmətinin sabiq sədr müavini Əsgər Abdullayev, Bakı Baş Gömrük
İdarəsinin sabiq rəisi Vüsal Novruzov və Dövlət Gömrük Xidmətinin sabiq sədri Aydın Əliyev
xüsusilə diqqət çəkir.
Ailə büdcəsi dövlət büdcəsinə bərabər olan sabiq məmurlar...
Qeyd edək ki, hər üç şəxsin – Aydın Əliyev, Əsgər Abdullayev və Vüsal Novruzovun sahib
olduğu başgicəlləndirici sərvət haqqında son 20 ildə ölkə mediasında kifayət qədər məlumat yer
alıb. Bu məlumatların bir çoxu hər üç şəxsin hələ yüksək dövlət postunda çalışdığı zamanlarda
işıq üzü görmüş, böyük maraq və ilgiyə səbəb olmuşdur. İşin ən maraqlı tərəflərindən biri isə
budur ki, konkret faktlar əsasında yayımlanan bu məlumatlar həmin şəxslər tərəfindən də təkzib
edilməmiş, əksinə, digər mənbələr tərəfindən təsdiq edilmişdir. Hər üç şəxsdən yalnız Vüsal
Novruzov mediada dərc edilən məlumatlara daha həssas reaksiya vermiş, bu cür yazıların
qarşısını media ilə əlaqələr qurmaq, onlarla əməkdaşlıq etməklə önləməyə çalışmışdır. Bütün bu
müddət ərzində rüşvət və korrupsiya yolu ilə nəhəng sərvət əldə edən hər üç məmur ölkə
miqyasında böyük güc əldə etmiş, sadəcə gömrük deyil, digər sahələrdə də bəlli miqyasda söz
sahibinə çevrilmişdir.
Ailə büdcəsi dövlət büdcəsinə bərabər olan bu şəxslər öz kapitallarını qorumaq və
genişləndirmək üçün böyük biznes imperiyası formalaşdırmışdır ki, bu gün də həmin biznes
sabiq gömrük məmurlarına milyonlar qazandırmaqdadır. Lakin təəssüflər olsun ki, hər üç
məmurun heç biri nə Vətən müharibəsində, nə də postmüharibə dönəmində öz sinsuz
kapitallarıdnan dövlət və ictimai maraqlar üçün bir qəpik də olsun xərcləməmiş, baş verən
prosesləri sadəcə kənardan seyr etməklə kifayətlənmişdilər.
Pulu vətən sevgisindən üstün tutanlar...
Maraqlıdır, dövlət büdcəsini talamaq hesabına özlərinə, yaxınlarına dəyəri yüz milyonlarla
hesablana böyük var-dövlət toplayan bu şəxslərin dövlətin, xalqın çətin günündə onların yanında
olmamasına səbəb nədir? Niyə xalqın və dövlətin sərvəti hesabına cah-cəlala qovuşanlar bu gün
Qarabağın yenidən qurulması prosesinə bir manat vəsait ayırmağı özləri üçün dəhşətli itki hesab
edir?
Bütün bunlarıns adə bir izahı mövcuddur. Buna səbəb hər üç şəxsin pulu, var-dövləti vətən
sevgisindən, vətən məhəbbətindən üstün tutması, qızıla, ləl-cəvahirə beyət etməsidir. Elə bu
səbəbdən də nə müharibə dönəmində, nə də müharibədən sonrakı 4 il ərzində Aydın Əliyev,
Əsgər Abdullayev və Vüsal Novruzov üçlüyü milli maraqlar naminə bir manat da olsun vəsait
xərcləməmiş, əksinə, öz bizneslərini genişləndirməyə çalışmışdır. Halbuki, bu şəxslər büdcədən
oğurladıqları pulların heç deyilsə bir qismini Qarabağdakı quruculuq prosesinə sərf etməklə öz
günahlarıənı qismən də olsa yumaq imkanı əldə edə bilərdilər. Lakin görünür hər üç şəxs özünü
tam təhlükəsizlikdə hiss etdiyi üçün Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan
quruculuq prosesində hər hansı bir formada iştirak etməyə lüzum görmürlər.
Ümid edək ki, əlaqədar dövlət qurumları sabiq gömrük şeflərinin bu xəyanətinə diqqət yetirəcək,
sahib olduqları milyonlarla pulun mənbəyini onlara xatırladacaqlar.
Elman Məmmədov
Tarix: 2-04-2024, 10:09
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}