Dünyanın ən bahalı pulları - Dollar 9-cu sırada...



Günümüzdə dünyada 208 ölkə mövcuddur. Bu ölkələrin 193-ü ABŞ tərəfindən tanınır. Digər 15-i isə müstəqilliyi tam tanınmayan ölkələrdir.
Dünyada demək olar ki, bütün ölkələrin özünəməxsus pul vahidi mövcuddur. Bəs dünyanın ən dəyərli pul vahidləri hansılardır? Gəlin birlikdə baxaq.
Hazırlanmış siyahıya əsasən dünyanın ən dəyərli valyuta vahidlərinin siyahısı aşağıdakı kimidir:
1. Küveyt Dinarı
Hazırda dünyanın ən qiymətli yerli valyutası Küveyt dinarıdır. Dünya neft ixracının 10%-ni təşkil edən Küveyt illərdir ödənişləri ABŞ dolları ilə deyil, Küveyt dinarı ilə tələb etdiyi üçün onun valyutası və bu valyutaya olan tələbat kifayət qədər yüksəkdir. Dünyanın ən güclü valyutası olan Küveyt Dinarı uzun illərdir ki, dünya reytinqində birinci yerdədir. Küveyt adambaşına 81.800 dollarla ən yüksək ümumi milli gəlirə malik ölkələrdən biridir. Küveyt Dinarının abreviaturası KWD-dir.
2. Bəhreyn Dinarı
Körfəz ölkələri arasında gəlirini neftdən əldə edən Bəhreynin pul vahidi dünyanın ən dəyərli valyutaları siyahısında ikinci yerdədir. Bəhreyn də Küveyt kimi öz iqtisadiyyatını neft ehtiyatları ilə inkişaf etdirdiyi üçün valyutaları çox dəyərlidir. Rəsmi Bəhreyn Dinarının abreviaturası BHD-dir.
3. Oman Rialı
Dünya ticarətində çox istifadə olunmasa da, Oman Rialı dünyanın ən dəyərli valyutaları sıralamasında 3-cü yeri tutur. Oman strateji mövqeyinə görə gəlirinin böyük hissəsini neft və nəqliyyat sektorundan əldə etməkdədir. Omanın rəsmi valyutasının abbreviaturası OMR-dir.

4. İordaniya Rialı
Dördüncü yerdə də digər bir ərəb ölkəsi yerləşmişdir. Digər ərəb ölkələrindəki təbii sərvətlərə malik olmasa da, İordaniya iqtisadiyyatı ərəb ölkələri arasındakı maliyyə qurumları, ABŞ və Körfəz ölkələri arasındakı razılaşmalar çərçivəsində aldığı qrantlar, turizm və xidmət sektorundakı liderliyi ilə yaxşı vəziyyətdədir. İordaniya yerli valyutasının abreviaturası JOD-dur.
5. Britaniya Funtu
Bir vaxtlar “dünyanın nəhəngi” olan və müstəmləkələşdirdiyi ölkələr sayəsində ən güclü iqtisadi mövqedə olan Böyük Britaniya, bu gün balansların dəyişməsinə görə dünyanın ən dəyərli valyutaları siyahısında beşinci yerdədir. Dünya ticarətində ən çox istifadə olunan valyutalar arasında üçüncü yeri tutan Britaniya funt sterlinqinin abreviaturası GBP-dir. 
6.  Kayman adaları
Çox insan tərəfindən tanınmasa da Kayman adalarının dünyanın ən qiymətli valyutaları siyahısında altıncı yerdə olmasının səbəbi, bu ölkənin dünyanın ən böyük "çirkli pulların yuyulması mərkəzi" olmasıdır. İngiltərəyə bağlı olan bu ada ölkəsi beynəlxalq arenada ən çox çirkli pul ticarətinin aparıldığı ölkə kimi tanınır. 
Kayman adalarının valyuta abreviaturası KYD-dir.
7.  Avro
Hamımıza uzun illərdir tanış olan və istifadə etdiyimiz avro siyahıda yeddinci yerdədir. Dünya ticarətində ABŞ Dollarından sonra ən çox istifadə edilən valyuta olaraq ikinci, dünyanın ən qiymətli valyutaları arasında isə yeddinci yeri tutur. Avrodan rəsmi olaraq Aİ-da qeydiyyatdan keçmiş 19 ölkə istifadə edir.
8.  İsveçrə Frankı
Dünyanın maliyyə mərkəzi və illərdir ən zəngin ölkələrdən biri olan İsveçrədə “İsveçrə frankı” istifadə olunur. Dünyanın ən dəyərli valyutaları siyahısında səkkizinci yeri tutan İsveçrə də çox güclüdür, çünki yerli valyutası dünya ticarətində dördüncü ən çox istifadə edilən valyutadır. İsveçrə frankının qısaltması CHF-dir.
9.  ABŞ dollar
ABŞ dolları dünya ticarətində ən çox istifadə edilən valyuta olsa da, dünyanın ən qiymətli valyutaları siyahısında 9-cu yeri tutur. 1914-cü ildən zərb edilən və dünya ticarətində əvəzolunmaz valyuta olan Amerika Dolları, dünyadakı bütün ticarət və razılaşmalardan dolayı böyük gəlir gətirməkdədir. Amerika Dollarının abreviaturası USD-dir.
10.  Kanada Dolları
Dünya ticarətində istifadə edilən pul vahidləri arasında yer alan və Amerikanın qonşusu olması sayəsində Amerika və dünyanın digər ölkələri ilə ticarət etdiyi üçün Kanadanın dolları dünyanın qiymətli valyutaları arasındadır və CAD-dir.
Qeyd edək ki, Azərbaycan Manatı dünyanın ən dəyərli valyutaları sırasında 15-ci yerdə qərarlaşıb.
Rəhim
Tarix: 14-05-2024, 09:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}