“Azərbaycanlılar tezliklə Xankəndinin ətrafındakı kəndlərimizə yerləşdirilməlidir...”


“Azərbaycanlılar tezliklə Xankəndinin ətrafındakı kəndlərimizə yerləşdirilməlidir...” 
"Bu, separatçı-terrorçu ermənilərin canına qorxu salacaq və onlar ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da torpaqlarımızı tərk etməli olacaqlar...”
 
“Bu günlərdə Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinin Ermənistan tərəfindən işğalının 30-cu ildönümünü yaşayırıq. Bu acı və qara tarix hər birimizi ağrıdır.  Ancaq 44 günlük savaşdakı uğurlarımızdan sonra içimizdə böyük bir ümid var ki, nəhayət, azərbaycanlılar da tezliklə didərgin düşdükləri Yuxarı Qarabağa, özü də nəinki Şuşaya, Şuşanın kəndlərinə, eləcə də Xankəndi və Kərkicahana da, həmçinin Xocalıya da dönəcəklər. Ancaq bunun üçün xalq, dövlət və ordu olaraq 2020-ci ilin payızında başlatdığımız əməli işləri davam etdirməliyik”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında tanınmış Qarabağ qazisi, keçmiş tabor komandiri, ehtiyatda olan peşəkar döyüşçü polkovnik Azay Kərimov ifadə edib.
 
“Söhbət ondan gedir ki, biz Rusiya hərbi kontingentinin Qarabağdan, yəni bilavasitə bizim nəzarətimizdə olmayan ərazilərimizdən çıxacağını gözləsək, illərlə gözləməli olacağıq. Halbuki, 10 noyabr razılaşmasına əsasən keçmiş Dağlıq Qarabağ ərazisinə yalnız erməni köçkünlər yox, azərbaycanlılar da qaytarılmalıdır.  Rusiya Müdafiə Nazirliyi artıq son bir ildə 52 mindən çox erməninin Qarabağa qayıtdığını bəyan edib, amma bu günədək Şuşadakı polis və hərbçi ailələri istisna olmaqla rəsmən hansısa köçkün öz yurduna qaytarılmayıb. Odur ki, dərhal Şuşa ilə paralel rayonun Daşaltı ilə bərabər digər 36 kəndini, eləcə də Turşsu qəsəbəsini abadlaşdırmaq, yenidən qurmaq və bizləri o yurdlara yerləşdirmək gərəkdir.  Xüsusən də Xankəndi, Xocalı və s. məntəqələrimizin azadlığı məsələsini təmin etmək üçün ilk növbədə Şuşa rayonunun Xankəndi ətrafında yerləşən Daşaltı, Malıbəyli, Quşçular, Qeybalı, Xəlfəli, Kosalar, Cəmilli və s. kəndlərinə azərbaycanlılar yerləşdirilməlidir. Çünki həmin kəndlər Xankəndinin yaxınlığında, 2-3 kilometrliyində yerləşir. Bizlərin o yurdlara yerləşməyimiz Xankəndindəki, Əsgərandakı separatçı-terrorçu ermənilərin canına qorxu salacaq və onlar ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da torpaqlarımızı tərk etməli olacaqlar”- deyə döyüşçü polkovnik vurğulayıb.

Tarix: 28-12-2021, 23:33
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}