“Bütün dünyaya nümayiş etdirməliyik ki, Arsax var və özümüz taleyimizin ağasıyıq" - Babayan SƏRSƏMLƏDİ


“Biz bütün dünyaya nümayiş etdirməliyik ki, Arsax var və özümüz öz taleyimizin ağasıyıq”.

Siam.az KONKRET.az-a istinadla xəbər verir ki,bunu Qarabağdakı separatçı qurumun qondarma naziri David Babayan çərşənbə günü keçirdiyi mətbuat konfransında çərənləyib. O, deyib ki, dünya ictimaiyyəti və güc mərkəzləri bu gün Qarabağda baş verənlər barədə düzgün təsəvvürə malik olmalıdırlar.

Babayanın fərziyyələrinə görə, indiki mərhələdə əsas vəzifələrdən biri Qarabağın subyektivliyini qorumaqdır.

Separatçı qurum keçən il müxtəlif beynəlxalq strukturlara 39 sənəd – ATƏT-ə 20, BMT-yə 15, Avropa Şurasına 4 sənəd təqdim edib.

“Biz Arsaxın təhlükəsizliyini və suverenliyini qorumaq üçün bütün mümkün vasitələrdən istifadə etməkdə qərarlıyıq – Ermənistan və diaspora ilə birləşərək möhkəmlənmək. Bizim əsas prioritetimiz Arsaxın beynəlxalq səviyyədə tanınması olmaqda davam edir”, – David Babayan sərsəmləyib.

Separatçı rejim də, rəhbərləri də, üzvləri də yaxşı başa düşürlər ki, bu “bəyanat” adlandırdıqları sayıqlamalar boş söz-söhbətdir. Öz “varlıq”larını tez-tez yada salmaq isə ö deməkdir ki, separatçı qurum dağılıb və tezliklə tamam yox olacaq.

İndi separatçı tör-töküntülərinə ancaq sönən ocağın külü ilə oynamaq qalıb.
Tarix: 19-01-2022, 17:11
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}