Kəlbəcərdə xidmət edən erməni keşişlər Xankəndində mükafatlandırıldı…-FOTO

Kəlbəcərdə xidmət edən erməni keşişlər Xankəndində mükafatlandırıldı…-FOTO
Azərbaycan Respublikası Kəlbəcər rayonunun işğaldan azad edilmiş hissəsində yerləşən, lakin 10 noyabr üçtərəfli razılaşmasına əsasən Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin nəzarətinə verilmiş  qədim xristrian türk mədəniyyətimizin yadigarı olan Xudavəng məbədində xidmət edən erməni keşişləri Xankəndindəki separatçı rejimin mükafatlarına layiq görülüblər.
 
Moderator.az xəbər verir ki, bu haqda  erməni mediası məlumat yayıb. 
 
Separatçı rejimin  qanunsuz “dövlət naziri” sayılan  Artak Beqlaryan  ad-soyadlı məxluq Kəlbəcərdəki məbədimizdə xidmət edən keşişlərə  xuntanın cinayətkar rəhbəri Araik Arutyunyan adından "Təşəkkür" medalları təqdim edib.
 
A.Beqlaryan 8 aylıq xidmətdən sonra Xudavəngdən qayıdan keşişləri erməni apostol kilsəsinin Qarabağ yeparxiyasının rəhbəri yepiskop Vrtanes Abramyanla birlikdə qəbul edib.
 
P.S...
 
Sultan Laçın

Tarix: 24-01-2022, 22:13
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}