Separatçı-kriminal rejimdən Azərbaycana qarşı növbəti həyasızlıq



Kapitulyasiya aktının 4-cü bəndi reallaşmayınca...
Rusiya “sülhməramlı” qüvvələrin arxasında gizlənən erməni separatçı-terrorçu tör-töküntülərin Azərbaycana qarşı de-marşları, təxribat və həyasızlıqları bitmir. Belə ki, martın 30-da uydurma “artsax”ın qondarma “parlamenti” “milli təhlükəsizlik orqanları haqda qanun”a dəyişiklik edib. Söhbət “artsax”ın mifik “dövlət sərhədlərinin” etibarlı müdafiəsi üçün yeni “döyüş bölmələri”nin yaradılması haqda düzəlişdən gedir.
Bu fakt bir daha 10 noyabr kapitulyasiya sənədinin 4-cü bəndinin, yəni “anklavdakı” terrorçu-quldur qalıqlarının neytrallaşdırmasının nə dərəcədə aktual olduğunu ortaya qoyur. Çünki həmin bəndin reallaşması gecikdikcə separatçılar özlərini daha arxayın hiss edir və bir az da azğınlaşır, əsəblərimizlə oynamağa davam edirlər.
Bu arada “Artsax” terrorçu qruplaşmasının başında dayanan şəxslər də rus sülhməramlılarının kölgəsində gizləndiklərini açıq etiraf edirlər. “Biz başa düşməliyik ki, Azərbaycanın məqsədlərindən biri Ermənistan-Rusiya qardaşlıq münasibətlərini pozmaqdır, çünki Rusiya sülhməramlıları olmasa, Artsax da olmayacaq”.

“Yeni Müsavat” xəbər verir ki, Azərbaycanın Qarabağ bölgəsindəki terrorçu “artsax”ın oyuncaq “xarici işlər naziri” David Babayan bu barədə “Azadlıq” radiosuna müsahibəsində belə cəfəng iddia ilə çıxış edib.
“Bundan kimə xeyir? Heç bir erməniyə bu lazım deyil. Bu an həqiqətən taleyüklüdür, bizim səhv etməyə, demaqogiya ilə məşğul olmağa haqqımız yoxdur. Bu, çox ciddi prosesdir, burada vətənpərvərlər, peşəkarlar çalışmalıdır”, - deyən Babayan, əks halda, arzuolunmaz hadisələrin olacağını bildirib.
Erməni terrorçu sülhməramlılara da yarınmağı unutmayıb. “Sülhməramlılar öz missiyalarını tam şəkildə yerinə yetirirlər. Əgər burada Rusiya sülhməramlıları olmasa, Artsax da olmayacaq”, - deyə o bildirib və əlavə edib ki, avantüraya getməyə ehtiyac yoxdur: “İnsanlar var ki, müxtəlif qiymətlər verir, bəziləri isə özünü vətənpərvər kimi göstərərək qışqırır. Artsaxın taleyi oyuncaq deyil, xüsusən indi. Bəli, Rusiya sülhməramlıları olmadan Artsax olmayacaq, bu, əmindir. Heç kimin illüziyası olmasın, biz burada yaşayırıq və biz 10-15 min il əvvəl vətənimizi itirmiş nəsil kimi tarixə düşmək istəmirik”.
Göründüyü kimi, erməni terrorçuları sülhməramlıların loyal münasibətindən istifadə edərək, cinayətlər törədirlər. Elə iki gün əvvəl Xocalının Pirlər kəndindəki ermənilərin məhz Rusiya sülhməramlıların gözü qarşısında silah və hərbi geyimlə təmin olunması gerçək mənzərəni göstərir. Bəzən Rusiyadan belə fikirlər səslənir ki, Rusiya indi Ermənistana təzyiq edə bilməz, o hayda deyil, çünki başı Ukraynaya qarışıb. Guya Ukrayna müharibəsinə qədər Moskva İrəvana ciddi təzyiqlər göstərirdi ki? Doğrudanmı Ukrayna böhranından sonra belə təzyiqlərin şahidi ola bilərik?

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a bunları bildirdi: “Bu gün Qarabağda baş verən hadisələr bir daha göstərir ki, qondarma qurum və onun rəhbərləri nəyin bahasına olur-olsun, status-kvonu saxlamaq istəyirlər. Çünki artıq iqtisadi narazılıqlar özünün pik həddinə çatmaqdadır. Əvvəlcə qaz məsələsini qabardaraq bunu Bakının üzərinə qoymağa çalışdırdılar. Bu, effekt vermədi, təcili hüquqi əsası olmayan ”fövqəladə vəziyyət"elan etdilər və yazdıqları kağız parçasında 4 maddədən hamısı özlərini qorumaq üçün nəzərdə tutulan fikirlər idi. Yəni artıq xaricdən və Ermənistandan maddi dəstək ala bilməyən separatçılar bu addımlarla özlərini sığortalayırdılar".
A.Nağıyev qeyd etdi ki, ikinci bir addım Azərbaycan ordusunun Fərrux əməliyyatı ilə bağlı oldu: “Yenə də siyasi haray-həşir salmaqla hansısa ”ərazi bütövlüyü"ndən danışıldı. Təbii ki, burada da çox bəyanatlar oldu, Rusiya sülhməramlılarının müdaxilə etməsinə çalışıldı. Lakin qəbul etmək lazımdır ki, məhz bu prosesdə sülhməramlılar geri çəkildilər və Azərbaycanın öz ərazisində keçirdiyi dislokasiya ilə bağlı tədbirlərə irad belə tuta bilmədilər. Çünki gələcəkdə öz mandatlarını pozmaqla bağlı məsuliyyəti dərk etməlidirlər".
Komitə üzvü qeyd etdi ki, digər məsələ qanunsuz silahlı birləşmələrin yenidən yaradılması istiqamətində separatçıların atdıqları addımlardır: “Bu haqda da dərhal -Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırılmalıdır və müvafiq qərarlar qəbul edilməlidir. 10 noyabr sazişi təbii ki, bu və ya digər şəkildə, ya danışıqlar, ya da hərbi yolla öz həllini tapmalıdır. Hətta həyata keçirilməsi mümkün olan və beynəlxalq qanunlara zidd olmayan antiterror əməliyyatı da Azərbaycan tərəfinin səlahiyyətindədir və ermənilər bunu dərk etməlidirlər. Düşünməsinlər ki, Rusiya-Ukrayna müharibəsinə görə Rusiya Ermənistana təzyiq edə bilmir, bu, absurddur. Rusiya hər an onlara təzyiq edə bilər və zənnimcə, edəcək də. Separatçı qüvvələrin doğrudan da sonu yaxınlaşır və onlar buna görə çox narahatdırlar”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov da “Yeni Müsavat”a açıqlamasında maraqlı fikirlər söylədi: “Qarabağda son günlər baş verən xoşagəlməz hadisələr və gərginliklər bir daha bizi əmin edir ki, tez bir zamanda orada qondarma qurumun və onlara qoşulmuş separatçı silahlı tör-töküntülər mütləq mənada zərərsizləşdirilməlidir. Günlər ötdükcə biz 44 günlük savaşda demək olar ki, nokaut vəziyyətinə salınmış yaramazların havadarları vasitəsiylə baş qaldırdıqlarının və yavaş-yavaş öz içlərində olan murdar separatçı xislətlərini biruzə verdiklərini görürük. Orada olan adı ”sülhməramlı" olan rus əsgərləri də onlara əməlli-başlı havadarlıq edirlər. Bu belə davam edə bilməz və davam etməməlidir! Təcili şəkildə bunun qarşısı alınmalıdır! Əks təqdirdə, biz yaxın aylarda çox ciddi və təhlükəli vəziyyətlə üzləşə biərik".
Polkovnik qeyd etdi ki, Rusiya öz üzərinə düşən ən vacib məsələni həll etmək istəmir: “Vaxtı uzatmaqda da əsas məqsədləri aydındır və bu separatçıların onların əlinə oynamaq üçün şərait yaratmasıdır. Belə baxanda separatçıların düz-əməlli hərbi gücləri də yoxdur və İrəvandan gətirilmiş bir qrup adamın da təcili şəkildə çöldə-bayıra hərbi mundirə keçirilməsi və silahlandırılması, bunların ”orduları"nın necə “böyük potensiala” malik olmasının göstəricisidir. Amma qəti addımlar atılmalıdır və Moskva ilə sərt dildə danışmaq lazımdır. Artıq həm “sülhməramlılar”, həm də cinayətkar Araikin dəstəsi qırmızı xətti keçirlər. Biz üzərimizə düşəni etməliyik və bunu bizə heç kim nə irad tuta bilməz, nə də təzyiq, təsir göstərə bilməz".
Yeri gəlmişkən, martın 31-də Rusiya prezidenti Vladimir Putin baş nazir Nikol Paşinyanla görüşündə 10 noyabr, 11 yanvar və 26 noyabr razılaşmalarına əməl edilməsinin vacibliyini bildirib. Azərbaycan da ilk gündən məhz bunu deyir...
Tarix: 2-04-2022, 11:45
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}