İrəvanda növbəti aksiya: “Bu gün – Qarabağ, sabah – Zəngəzur, növbəti gün – İrəvan”


Aprelin 6-da “5165-ci Milli Mühafizəkar Hərəkat” partiyası Ermənistan hökumətinin binası qarşısında aksiya keçirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, aksiya iştirakçılarının əllərində Ermənistan bayrağı, “artsax” terrorçu təşkilatına məxsus əski parçası, həmçinin üzərində “Qarabağı tanıyın”, “Ermənistan Qarabağın təhlükəsizliyinin təminatçısıdır”, “Bu gün – Qarabağ, sabah – Zəngəzur, növbəti – İrəvan” sözləri yazılmış plakatlar olub.

Partiyanın həmtəsisçilərindən biri Menua Soqomonyan jurnalistlərə müsahibəsində bildirib ki, onlar qondarma “dqr”-in beynəlxalq səviyyədə tanınmasının müdafiəsi üçün aksiya keçirirlər və Ermənistanın indiki hakimiyyətinin Qarabağ məsələsi ilə bağlı apardığı azərbaycançılıq siyasətinə etiraz edirlər. Bu kontekstdə etirazçılar 6 apreldə Brüsseldə baş tutacaq görüşün əleyhinə olduqlarını söyləyiblər.

Onun sözlərinə görə, müxalifətin dünənki mitinqində bir sıra tələblər irəli sürülüb, xüsusilə Ermənistanın ”dqr”-in öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinin təminatçısı olması, respublikanın öz müqəddəratını təyin etmək hüququna mane olan heç bir sənədə imza atmaması tələbləri qətiyyətlə irəli sürülüb.“Burada parlament müxalifətinin gündəliyi ilə bizim gündəliyimiz arasında oxşarlıqlar görürük. Elə təşəbbüslər var ki, onların gündəliyi də bizim gündəliyimizə uyğundur.

Bəs Ermənistan tanınmadan Qarabağın təhlükəsizliyinin necə təminatçısı ola bilər?”, - deyə Soqomonyan bildirib. Daha sonra əlavə edib ki, hakimiyyətdən onların tələblərinə cavab yoxdur.

Tarix: 6-04-2022, 18:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}