Aprelin sonuna qədər sərhədin delimitasiyası üzrə Ermənistan-Azərbaycan komissiyası yaradılacaq


Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel aprelin 6-da Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla keçirdiyi üçtərəfli görüşün yekunlarına dair bəyanat yayıb.
“Liderlər 2021-ci ilin dekabrında ilk görüşlərindən sonra götürdüklərin öhdəliklərin yerinə yetirilməsindəki irəliləyişləri nəzərdən keçiriblər. Bu yaxınlarda baş verən gərginlikləri müzakirə ediblər və 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam riayət edilməsi zərurətini təsdiq ediblər. Onlar Ermənistan və Azərbaycanın yüksək vəzifəli nümayəndələrinin 30 mart 2022-ci il tarixində Aİ-nin himayəsi altında keçirilən görüşünü alqışlayıblar və liderlər səviyyəsində əldə edilmiş razılaşmaların lazımi qaydada yerinə yetirilməsini təmin etmək üçün qarşılıqlı fəaliyyəti davam etdirməli olduqları ilə razılaşıblar”, deyə sənəddə bildirilir.
“Prezident Mişel etimadın möhkəmləndirilməsi və dinc şəkildə birlikdə yaşamaq üçün hər iki tərəfdən humanitar addımlar atılmasının əhəmiyyətini vurğulayıb. O, həll edilməmiş humanitar məsələlərin, o cümlədən qalan saxlanılmış şəxslərin azad edilməsi və itkin düşmüşlər probleminin hərtərəfli həlli məsələsinin tam və ən qısa zamanda həll edilməsi zərurətini qeyd edib və Aİ-nin bu səyləri dəstəkləməyə hazır olduğunu bildirib”, deyə bəyanatda qeyd edilir.
Xarici işlər nazirlərinə bütün zəruri məsələləri tənzimləyən gələcək sülh sazişinin hazırlanması ilə məşğul olmağı tapşırmaq razılaşdırılıb. Sərhədlərin delimitasiyası və demarkasiyası böyük əhəmiyyət kəsb edəcək və bu məqsədlə aprelin sonuna qədər Birgə Sərhəd Komissiyası yaratmaq qərarına gəlinib.
“Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq:
1. Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədi delimitasiya etmək və
2. Sərhəd boyunca və sərhəd yaxınlığında sabit təlükəsiz şəraiti təmin etmək”.
Prezident Mişel həmçinin qeyd edib ki, qüvvələrin lazımi qaydada “bir-birindən uzaqlaşdırılmasının” təmin edilməsi insidentlərin qarşısının alınmasının və gərginliyin azaldılmasının mühüm elementidir.
Liderlər həmçinin Ermənistan və Azərbaycan arasında, həm də geniş mənada Cənubi Qafqazda infrastruktur əlaqələrinin bərpasını müzakirə ediblər. Prezident Mişel dəmir yollarının bərpası üzrə addımları alqışlayıb, Ermənistanı və Azərbaycanı yolların bərpası üçün səmərəli həllər tapmağa çağırıb.
Aİ İqtisadi və İnvestisiya Planına uyğun olaraq və nəzərdə tutulan iqtisadi konsultativ forumdan ümumi layihələrin müəyyən edilməsi üçün istifadə etməklə, rabitə kanallarının inkişafını dəstəkləməyə hazırdır, deyə sənəddə bildirilir. 
Contact.az
Tarix: 7-04-2022, 22:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}