Erməni politoloqlardan təşviş siqnalları: “Azərbaycan hədəflərinə çatıb, Qarabağ məsələsi faktiki olaraq həll olunub”


Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilən son Brüssel danışıqları düşmən ölkədə ciddi rezonansa səbəb olub.
Ənənəvi olaraq əsasən rusiyameylli siyasətçilər və politoloqlar Paşinyan hakimiyyətini yenə də milli maraqları və Qarabağı satmaqda ittiham edirlər.
Ermənistanın “Hayastan ” müxalifət blokunun deputatı Andranik Tevanyannın fikrincə Brüsseldə aparılan danışıqlar tamamilə Azərbaycanın gündəliyi çərçivəsində olub.
“Rəsmi İrəvan hər şeyə öz razılığını bildirib. Paşinyan əslində Azərbaycan və Türkiyənin tələbləri ilə razılaşıb. Azərbaycanın başlatdığı proses konkret məqsədlər güdürdü. Qərb isə faktirki olaraq Rusiya Federasiyasının regiondan çıxarılrması və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yönəlmiş bu təşəbbüsü dəstəklədi”,-deyə o bildirib.
Politoloq Yervand Bozoyan isə Avropa Birliyi Şurasının rəhbərinin yekun bəyanatında ATƏT-in Minsk Qrupundan bəhs olunmadığı kimi Dağlıq Qarabağın da ümumiyyətlə qeyd edilmədiyinə diqqət çəkib.
“Brüssel görüşü Azərbaycanın gündəminə xidmət edib. Həqiqi sülh yalnız hər iki tərəfin paritet güzəştlərə getməsi halında mümkündür. Hazırkı məqamda heç bir real kompromis yoxdur, lakin Ermənistan tərkibində Qarabağın da olduğu Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır... Ermənistan üçün qırmızı xətt indi öz ərazi bötüvlüyünün qorunması sayılır, “Artsax” isə (Qarabağda hələ də mövcud olan terror qurumu-red) əslində unudulub”,-deyə o, qeyd edib.
Digər erməni siyasi ekserti Tiqran Qriqoryan isə Qarabağın sənəddə adının çəkilməməsini “artıq bu məsələnin həll olunduğunu” və “Dağlıq Qarabağ adlı ərazi vahidinin olmadığını” bildirən Azərbaycanın mövqeyinə uyğun olduğunu söyləyib.
Tarix: 8-04-2022, 22:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}