“Ermənilərin Kəlbəcərdə Pasxa mərasimi keçirməyində ciddi problem yoxdur”— Hərbi ekspert


“Ermənilərin Kəlbəcərdəki Xudavəng məbədimizdə Pasxa mərasimlərini keçirməklərində ciddi problem görmürəm. Çox güman ki, bunlar Azərbaycan tərəfi ilə razılaşdırılır”.

Bunu Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspert əsas problemin ərazilərimizdə erməni silahlılarının hələ də çıxarılmaması olduğunu vurğulayıb:

“Biz ölkəmizdə insanların dini inancına, yaxud dini etiqadına görə ayrı seçkilik qoymuruq. Yəni, ermənilər istəyirsə, ora gedə bilərlər. Amma burada çox maraqlı bir məqam var. Dini etiqad üçün gələnlərin içində silahlıların olmadığına kimsə zəmanət verirmi? Biz daha əvvəl mülki erməninin hərbi maşın karvanımızın önündə havaya atəş açdığını görmüşük. Odur ki, bu məsələləri biz həll etməliyik. Biz Bakının mərkəzində də erməninin ibadət etdiyinin şahidi oluruq, kimsə də onlara mane olmur. Yəni, əsas ibadət üçün gələnlərin tərkibini bilmək lazımdır. Tərkibində silahı varmı, yoxmu? Onu aydınlaşdırmaq lazımdır. Əgər silahı varsa, biz bu məsələni birdəfəlik bağlamalıyıq, o silahlılar ərazidən çıxarılana qədər. Çünki yenə də bölgədə təxribatlar yarada bilərlər”.
Tarix: 20-04-2022, 10:07
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}