Xocalıdakı erməni ana “blokada”dan şikayətlənir...- Bəs “Xocalıya ədalət!” hanı?!.


Armine: “Hamımız ən çox ondan qorxuruq ki, səhər açılsın və bizə "buradan çıxın" desinlər...”
“Xocalıda əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil...”
 
“Hazırda ən çox ehtiyacım olan sülh və əmin-amanlıqdır ki, türklərin bura girməyəcəyinə, qırğınlar törətməyəcəyinə əmin olum və bu vəziyyətdən çıxaq. İndi mənə başqa heç nə lazım deyil”. 
 
Moderator.az xəbər verir ki, bunu Amerikanın “Azadlıq” radiosunun erməni bürosunun(“Azatutyun”) müxbirinə Azərbaycan ordusu  Şuşanı azad etdikdən sonra Azərbaycan Respublikasının hələ də Rusiya-separatçı-terrorçu rejim işğalında qalan Xocalı şəhəri ərazisinə köçərək qanunsuz olaraq orada məskunlaşan, dörd azyaşlı uşağı ilə "45 günlük mühasirəyə tab gətirməyə çalışan” Armine deyir.
 
“Çoxuşaqlı ananın sözlərinə görə, kupon sistemi sayəsində qida ilə bağlı problemlər müəyyən qədər həll olunub: şəkər, yağ, ərzaq almaq olar və artıq uzun növbələrdə dayanmaq lazım deyil. İndi onların mənzili qızdırmaqda daha çox problemləri var: günlərlə qaz olmur, mənzilə odun sobası qoymaq imkanı yoxdur, elektrik enerjisinin kəsilməsi is tez-tez baş verir... Blokadanın çətinliklərinə qeyri-müəyyənlik də əlavə olunur. 4 uşaq anası olan Armine hər şeyin necə bitəcəyindən narahatdır...”- xəbərdə belə deyilir.
 
Reportajdan bəlli olur ki, buradakı haylar əsasən bir gün Xocalıdan zorla çıxarıla biləcəkləri düşüncəsindən qorxurlar. 
 
“Niyə hakimiyyət düşmən dövlətin bizdən nə istədiyini açıq şəkildə demir? Axı siz bizimlə dürüst ola bilərsiniz, bizi nə gözlədiyini söyləyin. Hamımız ən çox ondan qorxuruq ki, səhər açılsın və bizə "buradan çıxın" desinlər” – sonda erməni ana Armine belə deyir.
 
Zəruri şərh:
 
Görünür, Xocalıda sülənən Arminenin bu şəhərin əsl Azərbaycan türkləri olan 10 minə yaxın əhalisinin 1991-ci ilin oktyabrından Qarabağdakı erməni separatçı-terrorçularının blokadasında qalmasını və sonda soyqırıma, əsirliyə, gorovluğa, işgəncələrə və 31 illik  didərginliyə məruz qoyulmasını “unudub”... 
 
Oktyabrın 30-da şəhərlə avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi olaraq vertolyot əlaqəsi qalmışdı.... Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi... Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilmirdi... Və bu gün Qarabağdakı ermənilərin əslində Rusiya tərəfindən şərait yaradılan yalançı “blokadası”ndan ötrü hay-küy qaldıran bəyanatlar verən dünya, beynəlxalq təşkilatlar, ölkələr o vaxt susurdu...
Və hətta  fevralın 25-dən 26-a keçən gecə Rusiyanın 366-cı alayının birbaşa dəstəyi ilə hayk terrorçularının Xocalıya hücumundan,  63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini ən vəhşi, misli görünməmiş işgəncələrlə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdikdən sonra da  dünya kiçik istisnalarla yenə susdu. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil... Yenə 31 ildi bəşəriyyət bütövlükdə susur... Bu dəhşətə, bu vəhşətə, bu amansız soyqırıma, bu əsrin cinayətinə beynəlxalq qurumlar, aparıcı ölkələr adekvat reaksiya vermir. Heç kəs 31 ildir ən adi yaşam hüquqları tapdanan Xocalı türklərinin öz doğma yurdlarına dönüşünün, haqqlarının bərpasının zəruriliyindən danışmır... Əvəzində  azad(!) Amerikanın “Azadlıq” radiosu Xocalıda qanunsuz məskunlaşmış  erməni qadının harayını dünyaya çatdırır... 
 
Amma... Axı özümüz də susuruq.... Bəs hanı 44 günlük savaşdan öncəki “Xocalıya ədalət!” kampaniyamız?.. Yoxsa Xocalını azad etmişik? Bu kampaniya əsl indi daha şiddətlə davam etdirilməli, dünyanın hər bir nöqtəsinə, hər bir siyasisinə, hər bir diplomatına çatdırılmalıdır... Məhz Laçın yolundakı aksiya ilə paralel bu kampaniyanın da fonunda biz təcili olaraq siyasi-diplomatik yolla Xankəndi, Əsgəran, Ağdərə, Xocavənd və s. kimi Xocalının da azadlığına, soydaşlarımızın öz yurdlarına köçürülməsinə nail olmalıyıq... Əks halda elə yenə də Qarabağdakı yeni “KQB”-“FSB” ssenarisinin ardınca uzun illər sürünməli olacağıq... 10 noyabr bəyanatından bəri haylar Xocalıda Şuşadan, hadrutdan köçənləri üçün qanunsuz olaraq onlarla yaşayış binası və həyət evi də tikməkdədirlər...
Tarix: 27-01-2023, 12:17
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}