“Onun Xocalı soyqırımında, Qaradağlı faciəsində əli var” - Uzağı 10-15 gün... – SENSASİON faktlar


 
“Qarabağda yaşayan ermənilər Azərbaycan sakinləridir, Azərbaycan dövlətinin suverenliyi altında olan kiçik bir toplumdur. Onlar vaxtilə Azərbaycan vətəndaşı olublar və yenidən Azərbaycan cəmiyyətinə reinteqrasiya üçün bütün dünya dövlətləri tərəfindən belə bir yol onlara məsləhət görülür. Məncə, mülki əhalinin böyük hissəsi dünyanın bu təklifini başa düşür və qəbul etməyə hazırdır”.
Bunu Musavat.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, Arutyunyan, Vardanyan kimi separatçılar, həmçinin Ermənistandakı revanşistlərlə sıx əlaqədə olanlar bölgədəki əhalini tam nəzarət altında saxlayır:
“Onlara bu nəzarət sisteminin həyata keçirilməsində ərazilərdə qeyri-qanuni yerləşmiş Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri xidmət edirlər. Sözün əsl mənasında xunta rejiminə bənzər bir rejim yaradılıb. Onlar 18 minlik əhali arasında özünü ifadəyə imkan vermirlər. Qarabağın dağlıq hissəsindəki ərazilər Azərbaycanın suveren əraziləri hesab olunur və bütün dünya tərəfindən tanınır. Onlar bilməlidir ki, aborigen xalq deyillər. Onlar Qarabağa İrandan gəlmiş xalqdır. Bölgədə yaşayan azərbaycanlılarla ermənilərin nisbəti təxminən bərabər olub. Süni artım Ermənistandan və digər yerlərdən gələnlərin hesabına olub. Onlar başa düşməlidir ki, 1813-cü ildə Gülüstan müqaviləsindən sonra rusların iştirakı ilə Azərbaycana gətiriliblər, Qarabağ xanlığı da onlara icazə verib. Sonradan sayları tədricən artıb.
Beynəlxalq hüquqa əsasən, bir millət öz hüququnu bir dəfə təyin edə bilər. Dünyada 5600 millət və xalq var. Onlardan cəmi 203-ü öz müqəddəratını təyin edib və müstəqil dövlət kimi yaranıb. Onlardan biri də Ermənistan dövlətidir. Hansı ki, qədim Azərbaycan torpaqlarında öz müqəddəratını təyin edib. Biz də tarixi torpaqlarımız olmasına baxmayaraq, mövcud reallıqları qəbul edirik və həmin əraziləri tanıyırıq. Onlar inadla bizdən tələb edirdilər ki, 29,8 min kvadrat kilometrlik ərazimizi tanıyın. Ermənistan öz müstəqilliyini elan edəndə Araratın paytaxtı yox idi, Gümrünü paytaxt seçmək istəyirdilər. İrəvanı ADR-dən 99 illik icarəyə götürdülər. Həmin vaxt Araratın ərazisi 9,3 min kvadrat kilometr idi. 20 min kvadrat kilometr torpaqlar sovet dövründə Kremlin və rusların yaltaqlarına çevrilmiş mikoyanların köməyi ilə Azərbaycandan hissə-hissə qoparıldı. Əvvəlcə Zəngəzur, sonra Göyçə mahalı və digər mahallar. Beynəlxalq hüquqa görə, ikinci bir erməni dövləti yarada bilməzlər”.
torpaq.PNG (888 KB)
Politoloq xatırladıb ki, dünyanın heç bir yerində 18-20 min nəfərin öz müqəddəratını təyin etmək hüququ yoxdur:
“Bəyənmirlər, getsinlər tarixi Azərbaycan torpaqlarında yerləşən Ermənistana. Onlar Rusiya, Fransa kimi dövlətlərin təlimatları ilə bizimlə oyun oynaya bilməzlər. Beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü, bu ərazilər üzərində suveren hüquqlarını tanıyır. Hətta Ermənistan da bunu tanıyır. Biz səbr edirik, danışıqlar prosesi gedir. Uzağı 10-15 gün biz bu proseslərdə səbr nümayiş etdirəcəyik. Ondan sonra ram olmaq istəməyən, Azərbaycana qarşı mübarizə aparan separatçı liderlər əhali kütləsindən təcrid ediləcək, biz onların nazı ilə oynamaq fikrində deyilik. Azərbaycanın suverenliyi altına keçməyəcəklərsə, Azərbaycan dövləti öz Konstitusiyasına uyğun şəkildə hərəkət edərək Qarabağda qayda-qanun yaradılmasını təmin edəcək”.
Qabil Hüseynli qondarma rejimin “rəhbəri”nin qanlı əməllərindən də danışıb:
“Araik Arutyunyan İkinci Qarabağ savaşında Gəncəyə və Bərdəyə “İsgəndər” raketlərinin atılmasına sərəncam verən şəxsdir. Onun Xocalı soyqırımında, Qaradağlı faciəsində də əli var. O, əli dirsəyə qədər qana batmış canidir, Azərbaycan hüquq-mühafizə orqanları qarşısında cavab verməlidir. Yenə də pozuculuq fəaliyyətini davam etdirir və bununla da özünün cinayət dosyesinə əlavə işlər gətirir. Araik Arutyunyan, Ruben Vardanyan və Samvel Babayan vəzifə uğrunda bir-biri ilə didişir. Bu tərəfdən də nizamlama prosesinin həyata keçirilməsinə imkan vermirlər. Bu proseslərin başında duran Rusiya sülhməramlılarıdır”.
Tarix: 19-05-2023, 23:02
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}