Son müharibədə nə qədər erməni əsgəri məhv edilib? - ŞOK RƏQƏM


Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasiminə qatılması qardaş ölkənin siyasi dairələrində, mediasında ən çox müzakirə olunan mövzular sırasındadır. Seçki kampaniyasında erməni mediası və sosial şəbəkələri Ərdoğanın əsas rəqibi olan Kamal Kılıçdaroğlunu qalib kimi görür, ona açıq dəstək ifadə verirdilər. 

Ermənistanda indiki prezidentin məğlubiyyəti arzuolunan olsa da, nəticələr ermənilərin arzusunu ürəyində qoydu. Türkiyə xalqı növbəti müddətə məhz Ərdoğanı özünə prezident postuna layiq bildi. Bəlli olduğu kimi, iki ölkə arasında sərhədlərin açılmasını erməni tərəfi nicat yolu kimi nəzərdən keçirir. Bu səbəbdən də nəyin bahasına olursa-olsun münasibətlərin bərpasına, yolların açılmasına çalışır. Baş nazir Nikol Paşinyan da reallıqları başa düşərək inauqurasiya mərasiminə məhz bu səbəbdən qatılıb. Qardaş ölkənin mediası da neçə gündür ki, bununla bağlı çoxsaylı məqalə və analizlər dərc edir. Qardaş ölkənin nüfuzlu mətbu orqanları sırasında yer alan "Yeni şafak" yazır ki, Paşinyanın Türkiyəyə səfəri, eləcə də andiçmə mərasimində iştirakı "tarixi və mühüm hadisədir".

"Yoldan çıxarılan ermənilər"

"Osmanlı İmperiyasının sadiq təbəələri olan ermənilər 1915-ci ilə qədər bəzi dövlətlər tərəfindən aldadılmış, təxribatlara məruz qalmış və yoldan çıxarılıb. Qumar oynayıb uduzdular. Onun qiyməti də eyni ölkənin ərazisi daxilində köçürülmə idi. Təəssüf ki, bu deportasiya zamanı həm türklər, həm kürdlər, həm də ermənilər problemlərə məruz qaldılar. Bizim ermənilər və ya erməni məsələmiz yoxdur. Ermənistan xalqı və erməni diasporu təəccüblüdür ki, 108 il əvvəlki hadisəni hər saniyə, hər an yaşadır. Odu heç vaxt sönmür, hadisələri qabardır. 1993-cü ilə qədər sovet işğalı altında olan Ermənistan müstəqilliyini elan etdikdən sonra milli kimliyini 1915-ci il hadisələri üzərində qurub. Ancaq buradan sağlam milli şüur yaranmır, yaralı milli şüur formalaşır. Yaralı milli şüurun Ermənistana bədəli çox ağırdır - qapalı dövlət, bərbad iqtisadiyyat, işsizlik"

Xaraba, sahibsiz kəndə bənzəyən Ermənistan

"Bu gün Ermənistan bütövlükdə ölkə kimi 1900-cü illərin əvvəllərində zamanın dayandığı xaraba, sahibsiz kəndə bənzəyir. Ermənistanın açılmağa və irəliləyiş əldə etməyə çalışdığı vaxtlarda imkanlı erməni diasporası müdaxilə edərək islahatlara mane olur. Başda Avropada (Fransa) və ABŞ-da bütün dünyaya səpələnmiş, firavan yaşayan ermənilər bu dəyişikliyə qəti şəkildə qarşı çıxır və Ermənistan xalqını səfalətə məhkum edirlər. Məsələn, Kim Kardaşyan, Çer kimi dünya şöhrətli ermənilər hər fürsətdə sülh əvəzinə nifrət, qəzəb və intiqam hisslərini vurğulayırlar. Ermənistan Azərbaycana qarşı ağır məğlubiyyətə uğradı.

Şübhə yoxdur ki, bu məğlubiyyət həm də Ermənistanda dəyişiklik imkanı yaradır. Bu məğlubiyyətdən sonra Ermənistan özünü sorğu-sual edə, dəyişə, dünyaya açıla, çiçəklənməyə nail ola bilər. İlham Əliyevin prezidentimizin andiçmə mərasimində iştirak etməsi, kameralar qarşısında Paşinyanla əl sıxması artıq bundan xəbər verir. Bu kontekstdə Paşinyanın ən xoşbəxt günündə Türkiyəyə gəlməsi və mərasimlərdə iştirak etməsi çox önəmlidir. Münasibətlərin normallaşması Ermənistanın simasını dəyişir, ermənilərin rifahını artırır və regionun təhlükəsizliyinə töhfə verir. Təbii ki, normallaşma Türkiyə və Azərbaycan üçün çox da kritik deyil - həyat bizim üçün davam edir. Amma Ermənistanla normallaşandan sonra Zəngəzur dəhlizi daha sürətlə tikiləcək və magistral yolun üzərindən Azərbaycanı qucaqlamaq mümkün olacaq. Bu kiçik bir şey deyil. Bu arada vizasız, pasportsuz İrəvana gedib oradan Ağrı dağını seyr etmək yaxşı qazanc olmazmı?" deyə qəzet yazır. Öz növbəsində başqa bir nüfuzlu nəşr "Star" da bu məsələtə toxunur. Müəllif yazır ki, "Paşinyanın erməni xalqının gələcəyi üçün çox mühüm nəticələri ola biləcək yeni siyasi yanaşması, süqutdan sonra müstəqil dövlət olduqdan sonra çox illüziyalı məqsədlərə üz tutan Ermənistan rəhbərlərinin əzablarına son qoya biləcək bir gedişə çevrilə bilər".

 Paşinyan 44 günlük Qarabağ müharibəsində 8500-dən çox əsgər itirdi

Qeyd edilir ki, "2020-ci ilin sonunda Azərbaycanın mütləq üstünlüyü və Ermənistanın ağır bədəli ilə başa çatan Qarabağ müharibəsi zamanı döyüşçülərin bir-birini ruhlandıracaq sözlərin tərəflərə xatırladılmasından qətiyyən qaçmaq lazımdır. Çünki hər iki tərəfin son 100 ildə yaşanan ağrılarının fonunda çoxəsrlik birliyə baxması gərəkdir. Baş verən proseslərdən belə qənaətə gəlmək olar ki, Paşinyan 44 günlük Qarabağ müharibəsində 8500-dən çox əsgər itirdi, o ağrılı nəticədən yaxşı istifadə etdi, xalqının böyük iztirabları bir daha yaşamasını istəmir, xalqı da onu dəstəkləyir".

Milli.az
Tarix: 10-06-2023, 10:07
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}