Brüssel görüşünün ŞOK DETALLARI - ermənilərin Qarabağa qayıtmayacağı...
"Brüsseldə Ermənistana maliyyə və informasiya dəstəyinin veriləcəyi açıqlandı. ABŞ dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrell mətbuat qarşısında çıxışlarında Ermənistana təhlükəsizlik təminatı və ya hərbi yardım veriləcəyi barədə heç nə demədilər. Mümkündür ki, bu mövzu qapalı dairədə müzakirə olunub, hərbi yardımın indiki mərhələdə açıqlanması lazım bilinməyib".
Musavat.com xəbər verir ki, bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.
Görüşü şərh edən ekspert ABŞ və Avropa İttifaqı rəsmilərinin Brüsseldə Qarabağ ermənilərinə maliyyə ayıracaqlarına diqqət çəkib:
"Bu maliyyənin Qarabağ ermənilərinin Ermənistan cəmiyyətinə inteqrasiya və yerləşməsi üçün ayrılacağı vurğulandı. Elə bizə də o lazımdır ki, Qarabağ erməniləri Ermənistanda qalıb yaşasınlar, çünki onlar geri dönüb Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər. Vaşinqton və Brüssel ermənilərin Qarabağa qayıtmayacağı reallığını qəbul edib.
Beləliklə, ABŞ və Avropa İttifaqı Brüssel görüşü vasitəsilə Ermənistanı himayəsi altına aldığını elan etdi. Brüssel görüşünün əsas nəticəsi budur. Vaşinqton və Brüssel faktiki bəyan etdilər ki, Nikol Paşinyanın hakimiyyətini Rusiyanın təzyiqlərindən qorumağa hazırdılar. Ancaq Vaşinqtonun və Brüsselin Ermənistana ayırmağa planlaşdırdıqları maliyyə böyük deyil. Bu, Ermənistanı Rusiyanın iqtisadi təzyiqlərindən qorumaq üçün kifayət etməyəcək. Rusiya Ermənistana satdığı qazın qiymətini artırarsa və ya ümumiyyətlə kəsərsə, İrəvanın bu vəziyyətdən neçə çıxacağı bəlli deyil".
Politoloqun sözlərinə görə, təəssüf ki, Entoni Blinken və digərləri Brüsseldəki ortaq açıqlamalarında Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması vacibliyi barədə heç nə demədilər:
"Onlar Paşinyanın "sülh kəsişməsi" ideyasına dəstək verdiklərini söylədikləri halda Prezident İlham Əliyevin daha geniş "Qafqaz evi" ideyasına münasibət bildirmədilər. Ursula fon der Lyayen onu da söylədi ki, Ermənistanın Qara dəniz sualtı kabel vasitəsilə Avropaya təmiz enerji nəqlində maraqlıdırlar. "Biz Ermənistanın "yaşıl enerji" istehsalına və Gürcüstanla daha yaxşı əlaqələnməsinə dəstək verəcəyik" deyən Avropa İttifaqı rəsmisi bu mövzuda danışarkən layihənin əsas iştirakçısının Azərbaycan olduğunu söyləmədi. Halbuki, Avropaya yaşıl enerjinin nəqli ideyası Azərbaycana məxsusdur və Qara dənizin dibi ilə sualtı kabel çəkiləcək. Ermənistanın bu layihəyə qoşulması üçün mütləq şəkildə Azərbaycanla sülh sazişi imzalaması lazımdır, əks halda Qara dənizin dibi ilə ikinci sualtı kəmər çəkiləcək".+
Tarix: 5-04-2024, 17:53
-
Bu gün, 13:39
Tovuzda qadının üzərinə benzin tökərək yandırmaqda şübhəli bilinən şəxs həbs edilib
-
Bu gün, 13:34
Tiflisdə gərginlik: polis etirazçılara qarşı səs qumbarası və qazdan istifadə edib
-
Bu gün, 13:32
Dəyərlər, ailə, inanc məhv edilir - Dugin
-
Bu gün, 13:30
Hakimiyyətə sanksiya qoyulması üçün misli görünməmiş amansız hücumun - Pərdəarxası
-
Bu gün, 00:00
Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR
-
Dünən, 23:58
İsrail “Patriot”dan tamamilə imtina edir: Lazım olmayan sistemləri Ukraynaya verəcəkmi?
-
Dünən, 23:57
Bakıda yeni salınacaq parkda narazılıq: “Dörd milyonluq obyektə 700 min verirlər”
-
Dünən, 22:59
"NATO bütün koalisiya ilə müharibəyə hazırlaşır" - ŞOK ANONS
-
Dünən, 22:56
“Özlərinə ev aldılar” - Cavidan Novruz “Komedixana”nın sirlərini açdı
-
Dünən, 21:49
Minlərlə milyonerin köçdüyü şəhər: Səhranın ortasındakı cənnət varlıları necə cəlb edib?
-
Dünən, 21:48
Azərbaycanda COVID-19-a yoluxma, demək olar, yox səviyyəsindədir - Rəsmi
-
Dünən, 21:46
Cavanşir Feyziyevin “Vita Aptekləri” də cərimələndi
-
Dünən, 21:45
"Macarıstanın yardımı bloklamasının səbəbi..."- Politoloq
-
Dünən, 21:41
Rahatlığımızı pozan kafe və restoranlar – Yüksək mahnı səsinə görə sahibkarları hansı CƏZA gözləyir?
-
Dünən, 21:38
Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi
-
Dünən, 18:51
Əldə edilən razılaşma həm Türkiyə, həm İraq, həm də Kürdüstan müxtariyyəti üçün müsbətdir
-
Dünən, 18:47
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
-
Dünən, 18:13
Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...
-
Dünən, 18:11
Fon der Lyayen: "TikTok" Avropa İttifaqında bloklana bilər"
-
Dünən, 18:09
"Emin və Eynulla” nazirlik binasının fasadını 3 dəfə yuyacaq
-
Dünən, 17:01
Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlandı - SİYAHI
-
Dünən, 16:50
ABŞ Maliyyə Nazirliyi Rusiya bankları ilə əməliyyatlara icazə verib
-
Dünən, 16:42
Azərbaycanın məşhur şirkətinə qarşı kütləvi məhkəmə iddiası
-
Dünən, 16:37
Tanınmış hüquqşünas OBA marketi məhkəməyə verdi
-
Dünən, 16:34
Anar Məmmədlinin saxlanılması Aİ üçün narahatlıq doğurur
-
Dünən, 16:09
Kimin arzusu çin olacaq?
-
Dünən, 16:06
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
-
Dünən, 13:18
3 ayda “AFB Bank”dan 37 milyon manatdan çox depozit geri çəkilib - NƏ BAŞ VERİR?
-
Dünən, 13:12
Bank şəhid atasını məhkəməyə verdi: Kömək edin!
-
Dünən, 10:25
Bazarlar od tutub yanır: Alan da narazıdır, satan da… - REPORTAJ
{sape_links}{sape_article}