Böyrəklərinizi bu qidalarla qoruyun...

Böyrəklərinizi bu qidalarla qoruyun... Böyrək xəstəlikləri zaman ötdükcə artmaqda davam edir. Mütəxəssislər böyrək sağlamlığı üçün qatıq, qabaq çəyirdəyi, alma və düyü kimi qidaları tövsiyə edib. Həyat üçün mühüm orqan sayılan böyrəklər bədəndəki zərərli maddələri süzür. Eyni zamanda şəkər və hormon, qandakı turşu-bazası ilə elektrolit tarazlığının qurulmasını təmin edir.

Böyrəklər vəzifəsini yerinə yetirə bilmədiyi zaman insan həyatı üçün təhlükəli məqam yaranır. Dietoloq Nilay Keçəçi bu əhəmiyyətli orqanın sağlamlığı üçün böyrəkləri təmizləyən qidaların adlarını açıqlayıb:

Alma

Xüsusilə qırmızı alma böyrək xəstəliklərinin müalicəsinə kömək edir. Bu meyvə bir qalxan rolunu oynayaraq böyrəyi təmizləyir. Gün ərzində orta ölçülü alma böyrək sağlamlığı üçün önəmlidir.

Balqabaq dənəsi

Sink və dəmir tərkibli balqabaq dənəsi Omeqa 3-ün təsiri ilə böyrək xəstəliklərində təsirli rol oynayır. İmmunitet sistemini gücləndirir və depressiya, xroniki halsızlıq kimi vəziyyətlərdə müsbət təsir edir.

Tərkibindəki kalsium böyrək daşının yaranmasının qarşısını almağa kömək edir.(Axar.az)
Tarix: 4-03-2017, 09:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}