Daxmada yaşayan ailəyə 70 qəpiyə görə “cəza” kəsilib - QALMAQAL

Paytaxtın Əliağa Vahid küçəsi 11, mənzil 14 ünvanında yaşayan Xalid Cavadov haqsız olaraq sosial yardımının kəsilməsindən şikayətçidir. AYNA-ya müraciət edən vətəndaşın sözlərinə görə, bu səbəbdən 5 nəfərdən ibarət olan ailəsi acınacaqlı vəziyyətə düşüb.
“30 kv. metrlik sahəsi olan, nəmişlik, rütubət içində olan evdə yaşamaq mümkün deyil. Yağış yağan vaxtlar uşaqlar səhərə qədər oyaq qalırlar. Elə bil, evin içərisində deyil, küçədə otururuq, yağış evin içirisinə yağır. Uşaqların geyimlərini demirəm, yeməklərini belə, təmin edə bilmirəm. 6 ay idi ki, sosial yardım alırdım, bizə tam olmasa da, müəyyən qədər kömək olurdu. Onu da dayandırdılar”, - deyə şikayətçi bildirir.
Hadisə isə belə baş verib: “Qardaşımgilin evi bizimlə qonşuluqdadır. Lakin uzun müddət idi, orada yaşamırdılar. 3 ay əvvəl evlərinə qayıtdılar və evlərinin istilik sistemləri yox idi deyə, bizim evin qaz xəttindən özlərinə qaz çəkdilər, ayrıca sayğac və qaz üçün də “ASAN xidmət”ə müraciət etdilər. Müraciətə baxılana və müraciət təmin olunana qədər, yəni üç gün onlar bizim qaz xəttindən istifadə etdilər, çünki evdə körpə uşaqları var, soyuqda evlərində dayanmaq mümkün olmurdu. Həmin üç gün ərzində qazpulu heç 70 qəpik yazmamışdı. Həmin ərəfədə Nazirlikdən nümayəndələr gəldilər və bizə dedilər ki, “sizin qaz xəttindən qardaşınızgilə xətt çəkildiyi üçün sosial yardımınız dayandırılır””.
“Artıq üç aydır sosial yardım ala bilmirik, vəziyyətimiz çox acınacaqlıdır. Bizə kömək edin, sosial yardımın bərpa olunmasına yardımçı olun”, - deyə X.Cavadov bildirir.
AYNA əməkdaşı məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı ilə əlaqə saxlayıb. O, şikayətçinin özünün istifadə etdiyi qaz xəttindən qardaşıgilin evinə qaz xətti çəkdirdiyini deyib.
“Sosial müavinətin verilməsi və kimlərə şamil olmasına dair müəyyən şərtlər mövcuddur ki, həmin şərtlərdən kənara çıxmaq olmaz. Şikayətçinin sosial yardımının kəsilməsinin də səbəbi mövcud olan şərtlərdən kənara çıxması olub”, - Talıblı bildirib.
“Artıq qaz xətti ayrıdır və onlar qardaşı ilə birgə təsərrüfata malik deyillər, bu səbəbdən ünvanlı sosial yardım bərpa oluna bilərmi” sualımızda isə ƏƏSMN sözçüsü belə cavab verib: “Əgər şikayətçi pozduğu şərtləri aradan qaldırıbsa, sosial müavinət üçün yenidən müraciət edə bilər”.
Ümid edək ki, ailəyə təyin olunan ünvanlı sosial yardım bərpa ediləcək...
Tarix: 20-12-2019, 10:57
-
Dünən, 23:12
ABŞ-ın “demokratiya sammiti” adı altında güc nümayişi- Qərbin niyyəti nədir?
-
Dünən, 23:11
Bakıda icra hakimiyyətinin yaxınlığında yüzlərlə ağac kəsilib (Video)
-
Dünən, 23:08
Zurabişvili: "Gürcü xalqı Aİ-dən ikinci rədd cavabını qəbul edə bilməyəcək"
-
Dünən, 23:03
Bu görüntülərlə bağlı xəbərdarlıq – Fotolar
-
Dünən, 23:01
“Çinlə qarşıdurmaya hazır olmalıyıq” - Mark Milley
-
Dünən, 22:55
"Separatçılar dövlət sərhədimizi pozub dünyanı gəzir -sonra da deyirlər blokadadayıq..."-FOTO
-
Dünən, 22:54
ABŞ-ın Suriyadakı bazasına raketlər atılıb
-
Dünən, 22:48
ABŞ Qarabağda sülhməramlıların təkcə Rusiyadan olmasını istəmir
-
Dünən, 22:46
Ermənistan tərəfi mövqelərimizi atəşə tutub - RƏSMİ
-
Dünən, 17:39
Ruslar Qarabağda ermənilərə YENİ YOL ÇƏKİR - BU ARTIQ TAM YEKƏBAŞLIQDIR
-
Dünən, 17:08
Gəncədə sakinlər nədən ŞİKAYƏTÇİDİR? - MÜRACİƏT
-
Dünən, 17:06
Tərtərin icra başçısı `Vətən Bağı` layihəsində
-
Dünən, 17:04
ABŞ SEPAH-ın obyektlərinə zərbələr endirib
-
Dünən, 15:41
DÖVLƏT AGENTLİYİNİN TENDERİNDƏ `KORRUPSİYA İYİ` - Qardaşdan qardaşa şikayət nəticə verəcəkmi...
-
Dünən, 15:37
Avropa İttifaqı Ukraynaya 1 milyon artilleriya mərmisi verəcək
-
Dünən, 15:35
Zelenski nəyə və kimə GÜVƏNİR?
-
Dünən, 15:30
Qeyri-qanuni erməni birləşmələri üçün qanunsuz hərbi daşımalar davam edir - MN video yaydı
-
Dünən, 15:18
"2500 elə mənim cibimdə olur, o nə puldur"
-
Dünən, 14:17
BU NƏDİ BELƏ: Bakıda 96 manata İFTAR MENYUSU - KASIB NƏ ETSİN?
-
Dünən, 14:04
“Azərlotereya”nın xalqa bəxş etdiyi xroniki azar - Zəfər Rəisoğlunun “Misli” cadusu!
-
Dünən, 14:00
İnam Kərimov vəzifəsindən alına bilər - Ona vaxt verilibmiş...
-
Dünən, 13:55
Firudin Cəlilov: “Monqoloid məsələsini gündəmə gətirən, bizi köçəri hesab edən adam türk ola bilməz…”
-
Dünən, 12:31
Zaur Mikayılovun bu kadrından xəbəri varmı? - İLGİNC İDDİALAR...
-
Dünən, 12:25
Vahid Əhmədov: “Ola bilər, vətəndaş əşyalarını bəyan etməyi unudub, bunu ictimaiyyətə sızdırmağın, paylaşmağın əhəmiyyəti yoxdur”
-
Dünən, 12:23
“Oqtay susurdu, maşın çevrilirdi…” - Mehriban Zəki
-
Dünən, 11:00
Oruc tutanların DİQQƏTİNƏ! Mütləq bu qidaları yeyin
-
Dünən, 10:54
Ölkədə su qtılığıdır... AMMA ONUN ADINI TUTAN DA YOXDUR... - Meliorasiya və Su Təsərrüfatı ASC sulara nəzarət edirmi?
-
Dünən, 10:53
Ermənistanın sülh təklifində nələr var? - DETALLAR
-
Dünən, 10:51
Vüqar Baba Dövlət Gömrük Komitəsinin məlumatı barədə: “Bu şişirtmə və manipulyasiyadır”
-
Dünən, 10:44
Rusiyaya qarşı 11-ci sanksiyalar paketində əvvəlkilərə nəzarət nəzərdə tutulub
{sape_links}{sape_article}