Harmancı: “Onlar da gözəl havadan faydalanmaq istəyər”


Harmancı: “Onlar da gözəl havadan faydalanmaq istəyər”
“Bakıdan rayonlara gediş-gəlişin koronavirusa yoluxmaları artıracağı düşünülür”
 
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı rayonlara gediş-gəliş məsələsinə toxunub. AYNA-nın xəbərinə görə, o deyib ki, rəqəmlər və statistika da bunu təsdiqləyir.
 
“Bakıdan rayonlara gediş-gəlişin koronavirusa yoluxmaları artıracağı düşünülür. Qərarlar rəqəmlərə istinad etməklə alınır. Bu qərarlar yoluxmanın azalması, daha az insanın ölməsi üçün qəbul edilir. Hər halda bu qərarları qəbul edən insanlar da bu gözəl havadan faydalanmaq istəyər. İnsanları qəbul edilən qərarlara riayət etməyə çağırıram. Bununla, qış aylarında daha az yoluxma ilə üzləşə bilərik”, - deyə Harmancı qeyd edib.
Tarix: 31-07-2020, 19:46




Xəbər lenti