Koronavirusa son? - Səhiyyə naziri peyvəndləmənin zamanını açıqladı


Koronavirusa son? - Səhiyyə naziri peyvəndləmənin zamanını açıqladı

Rusiyada COVID-19-a qarşı peyvəndin kliniki sınaqları başa çatıb.
Cebhe.info xəbər verir ki, bunu Səhiyyə naziri Mixail Muraşko deyib.
Nazir bildirib ki, sınaq Hamaley adına Mərkəzdə Müdafiə Nazirliyi ilə birlikdə aparılıb. Könüllülər Burdenko adına hospitalda nəzarət altında saxlanılıb. Sınaqlarda 38 könüllü iştirak edib.
Muraşko qeyd edib ki, hazırda preparatın qeydiyyatı üçün sənədlər paketi hazırlanır. Nazir bildirib ki, kütləvi peyvəndləmənin oktyabrda aparılması nəzərdə tutulur.
"Biz yeni kömək sisteminə tədricən keçməliyik. Bu isə oktyabrda olacaq",- deyə nazir bildirib.
Yaxın bu müddətdə isə Səhiyyə Nazirliyi kliniki tədqiqatlar üçün zaman ayrılacağını düşünür.
Xatırladaq ki, uzun zamandan sonra Rusiyada koronavirusdan ölüm ikirəqəmli olub- 95 nəfər.
Tarix: 1-08-2020, 14:44




Xəbər lenti