Tovuza növbəti hücumun pərdə arxası hesabı-Rusiya regionu tərk edəcək... Təhlil


Ermənistanda parlament seçkisində inamlı qələbə qazanan Paşinyan hökuməti tək başına yəni, heç bir koalisiyaya girmədən formalaşdıracaq.
Təbii ki, rus meylli revanşist qüvvələrinin Koçaryan və Sarkisyanın seçki sonrası Məhkəmə perspektivində uğursuzluğa uğradı və Məhkəmə Koçaryan və Sarkisyanın şikayətlərini icraata belə qəbul etməkdən imtina etdi. Həm seçkidə, həm də seçkidən sonrakı proseslərdə erməni cəmiyyəti rus fiqurlarını rədd etdi və hətta İrəvanda rus fiqurları: Koçaryan və Sarkisyan seçkinin nəticələrinə qarşı mitinq keçirməyə insan toplaya bilmədiyindən rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan Azərbaycanın Xankəndi şəhərində hay-küydən başqa heç bir effektə nail ola bilmədilər.
Ermənistanda seçkinin və ümumən siyasi proseslərin məntiqi onu göstərir ki, erməni cəmiyyəti Azərbaycana və Türkiyəyə qarşı düşmənçiliyə son vermək istəyir və Paşinyanın qələbəsinin kökündə məhz bu faktor durur. Ancaq bir mənalı demək olar ki, Rusiya erməni - Azərbaycan və türk qarşıdurmasının davamında olduqca maraqlıdır. Və Rusiyanın bu siyasəti 1724-cü ildən bu yana dəyişməz olaraq qalır. Sonuncu Ermənistanın Tovuz təxribatında məhz rusların əli var və hansı ki, baş verənlər ruslara sadiqliyini davam etdirəm erməni hərbiçilərinin "xidməti"dir. Təbii ki, Paşinyan hakimiyyəti indiki durumda Azərbaycanla hərbi qarşıdurmada maraqlı ola bilməz. Növbəti Tovuz təxribatı ancaq ruslara və onların Koçaryan, Sarkisyan kimi ifaçılarına müəyyən şanslar yarada bilər.
Diqqətimizdən yayınan əsas məqam isə təxribatın məhz Tovuz istiqamətində baş verməsidir hansı ki, Rusiyaya alternativ Azərbaycandan dünya bazarına enerji (neft, qaz) daşıyıcıları məhz Tovuz rayonu ərazisindən ixrac edilir. Rusiya ümumən, Cənubi Qafqazda qalmaq üçün müxtəlif variantlar və planlara malikdir. İlk növbədə Rusiyaya bəllidir ki, Ermənistanda mövqeyi əsalı şəkildə sarsılıb və 44 günlük müharibədə Azərbaycana məğlub olan Paşinyan hakimiyyətinin Ermənistanda növbədənkənar seçkidə inamlı qələbəsi elə buna sübutdur. Məhz buna görə sülhməramlı adı ilə Qarabağa girən Rusiya Qarabağda separatçı rejimə "stavka" etdi. Rusiyanın Qarabağda "rus dili və rus vətəndaşlığı" oyunu, rus sülhməramlılarının mandatından kənar fəaliyyəti və fəaliyyəti ilə bağlı informasiya senzurası Qarabağda separatçı rejimə "stavka"nın tərkib hissəsi idi. Ancaq Rusiya anladı ki, Qarabağdakı rejimə ümidlər də heç bir effekt verməyəcək ona görə ki, quldurbaşı Araikin dilindən bəlli oldu ki, Qarabağda ermənilərin sayı ruslar dediyi kimi 90 min yox, 35 mindən çox deyil və o ermənilər də Qarabağı tərk edirlər. Ermənilərin Qarabağdan miqrasiyası 15 iyun Azərbaycan-Türkiyə arasında müttəfiqlik Bəyannaməsinin imzalanmasından sonra daha da sürətlənib. Xankəndində satışa çıxarılan mənzillərin sayının xeyli artması, mənzillərin qiymətinin kəskin düşməsi və nəhayət Xankəndi avtovağzalında Ermənistana gedənlərin sıxlığı qeyd edilənlə sübut, rusların Qarabağdakı rejimə ümidlərinin puça çıxdığına isə dəlildir.
Rusiya isə hər vəchlə həm Ermənistan və həm də Azərbaycana müəyyən yeni təsir imkanlarını əldə etmək istəyir və ümumən Ermənistan-Azərbaycan sərhədində gərginlik və eləcə də növbəti Tovuz istiqamətində təxribat Rusiyanın regionda mövcudluğu üçün apardığı çarpışmadır və hansı ki, Rusiyanın bu növbəti əməli də fiaskoya uğrayacaq.
Vüqar Dadaşov hüquqşünas, Qarabağ qazisi
Siam.az
Tarix: 28-06-2021, 17:22
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}