“Türk Hava Yolları şirkəti müştəriləri aldadır”


 
Türk Hava Yolları şirkəti istehlakçıları çaşdıran yeni üsul tapıb. Bunun adını marketinq siyasəti qoya bilərlər. Amma əslində müştəriləri aldatmaqdır. Söhbət nədən gedir?
 
Səfərlə bağlı Türk Hava Yolları şirkətindən bilet alırsız və müştəri olaraq təbii şəkildə ucuz qiymətə önəm verirsiz. Elektron biletə baxırsınız ki, hər şey qqaydasındadır. Məsələn, reysin seriyası TK ilə başlayır, hətta minik kartı THY-ə məxsusdur. Ancaq təyyarəyə minəndə məlum olur ki, siz Anadolu Jet şirkətinə məxsus təyyarəyə minirsiniz. Çünki Anadolu Jet şirkəti biletləri THY markası altında satır. Məsələ bunda da deyil. Məsələ THY ilə Anadolu Jet-in xidmətləri arasında yerlə-göy qədər fərqin olmasıdır. Nədir bu fərqlər?
 
1) Anadolu Jet şirkətinin xidməti aşağıdır, yəni "low cost" səviyyəsinə yaxındır. Oturacaqlar arası məsafə çox yaxındır, oturaqlarda monitorlar (filmlərə, kliplərə) yoxdur, qulaqcıqlar verilmir.  Verilən yeməklər kasaddır (sandviç, şirə, su və keks).
2) THY-nin elit və elit plus kart sahibləri THY Lounge-dən istifadə edə bilmirlər. THY minik kartı ilə Lounge-ə girə bilmirsən, çünki Anadolu Jet müştərisisən.
3) Biznes klass və elit kart sahibi kimi heç bir üstünlüyün yoxdur. Təyyarədə biznes klass üçün yer yoxdur.
 
Anadolu Jet 2008-ci ildə yaradılıb və 2020-ci ilin mart ayında beynəlxalq uçuşlar həyata keçirtmək hüququ qazanıb. Əlbəttə THY markası altında.  İstanbulun Asiya tərəfində yerləşən Sabiha Gokçen hava limanı tamamilə bu şirkətin və onun alternativi olan Pegasus şirkətinin ixtiyarına verilib.  THY ora ümumiyyətlə uçuş etmir (fotoya diqqət). Ona görə də THY-nin saytından bilet alanda transfer olaraq  Sabiha Gokçen hava limanı göstərilirsə, bilin ki, Anadolu Jet təyyarəsinə minəcəksiniz.
 
Dəyişiklik pandemiya dövrünə təsadüf etdiyindən insanlar gec xəbər tutur. Əlbəttə "low cost" olaraq Anadolu Jet şirkətinin xidmətindən istifadə etmək olar. Biletləri Pegasus qədər ucuz olmasa da THY qədər də baha deyil. Ancaq müştəri istəmədən belə ona başqa şirkətin biletini satmaq və bununla da müştərini aldatmaq THY kimi şirkətə baş ucalığı gətirməz. Mən uzun illərdir THY-nin daimi müştərisiyəm və bundan sonra da qalacam. Çünki şirkətin xidməti mane qane edir. Ancaq hesab edirəm ki, şirkət müştəri olaraq məni aldatdı. Çox ümid edirəm gələcəkdə belə hallar aradan qaldırılacaq.
 
Samir Əliyev
 
Ekspert
Tarix: 21-09-2021, 09:46
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}